Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
12.08.2026 12:22 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Avqustun 12-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminarı ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq iştirakçıları salamlayıb, onlara məruzənin mövzusu barədə məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qoşa ulduzlar və eruptiv proseslər“ şöbəsinin elmi işçisi Aysel Rüstəmova “AG Dra simbiotik ulduzunun spektral və fotometrik tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Seminarda təqdim olunan məruzədə klassik simbiotik AG Dra ulduzunun uzunmüddətli spektral müşahidələrinin nəticələri təqdim olunub. İşdə iki dəst spektral müşahidə materialından istifadə olunub: Birinci dəst spektrlər, ARAS beynəlxalq Spektral Verilənlər bazasından götürülmüş, 2017-2025-ci illəri əhatə edən 38 spektrdən ibarətdir (R=11000-14000).; İkinci dəst spektrlər isə, 2016-20-ci illərdə, ŞAR-ın 2-m teleskopunun Kasseqren fokusunda, optik lifli spektroqrafda (ShAFES), R=28000 spektral ayırdetmə ilə alınmış 19 spektrdən ibarətdir. AG Dra sisteminin soyuq komponenti, K2-3 nəhəngin atmosferində yaranan seçilmiş təmiz metal udulma xətlərinin şüa sürətlərinin orta qiyməti əsasında bu ulduzun şüa sürəti əyrisi qurulub və spektral yolla tapıla bilən orbit elementləri: u (max) » -141.5  km/s ; u (min) » -154  km/s; sürətin amplitudu, u (orta) » 12.5 km/s; apeastr və periastrda sürət: ua » 6 km/s,     up  » 6.5 km/s,  opbitin eksentrisiteti e »  0.04 təyin olunmuşdur. Faza, orbital P= 548.65d  perioduna görə aşağıdakı ifadədən hesablanmışdır: JDT = 2450775.3+548.65*E

Ulduzun şüalanma spektrinin diaqnostikası üçün: Hα 6563Å, Hβ 4861Å, He I 5876 Å, HeI6678 Å, He I 7065 Å və He II 4686 Å xətləri analiz olunub. Günəşə və ulduzun kütlə mərkəzinə gətirilmiş şüa sürətlərinə görə bu xətlərin profilləri qurulmuş və profilin əsas parametrləri təyin olunmuşdur. İstifadə edilən spektrlərin alındığı zaman aralığı, ulduzun fotometrik sakit halına (alışmalardan kənar) uyğun gəlir. Simbiotik ulduzların o cümlədən də AG Dra ulduzunun şüalanma spektrinin analizində, bu ulduzların fizikasının başa düşülməsində açar rolunu oynaya biləcək əsas məsələlərdən biri, yuxarıda qeyd olunan şüalanma xətlərinin (xüsisən də Ha və Hb xətləri) profilində bir və iki pikli formanın yaranması və bir formanın digərinə transformasiyası  mexanizminin araşdırılmasıdır. Bu məsələ bu gün də geniş diskussiya mövzusudur. Simbiotik sistemlərdə spektral və fotometrik dəyişkənliklər, ümumən sistemin fotometrik fəallıq halı və orbital hərəkəti ilə izah olunur. Ədəbiyyatda dərc olunmuş məlumatların tədqiqat işində alınan nəticələrlə müqayisəli analizindən belə bir nəticəyə gəlinir ki, şüalanma xətlərinin formasındakı bu dəyişkənliklər ümumən ulduzun aktivlik halı ilə bağlı olmayıb, sistemin orbital modulyasiyası, tutulma effektinin nəticəsidir.

Sonda tədqiqat çərçivəsində əldə olunan nəticələr ümumiləşdirilib, onların perspektiv tətbiq imkanları müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026