Ekskursiyalar Saytın xəritəsi
AZEN
Günün kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Günün kosmik hava durumu və proqnozu
23.05.2018 11:05 / KOSMİK HAVA Günün kosmik hava durumu və proqnozu

Kosmik hava durumu - Günəş aktivliyi çox aşağı səviyyədədir. 2710 (N17E52, Bxo / beta) bölgəsi, disk üzərində döndüyü üçün dayanıqlı olmuşdur. Uzun müddət davam edən və 22/05.07 UTC-də müşahidə olunan B2 alışması, 22/14.59 UTC-də B8 alışması ilə əvəzlənmişdir. Bu hadisələrin hər ikisi E limbinin kənarında N13 ətrafındakı yüksək parlaq oblastdan meydana gəldi. Bu yeni bölgənin görünən disk üzərində təxminən 25 Mayda dönməsi gözlənilir. Peyk görüntülərində Yerə doğru istiqamətlənmiş CME (Tac Kütlə Atılmaları) yoxdur.

2 MeV-dən çox enerjili elektron seli, 22/20.25 UTC-də özünün 954 pfu pik səviyyəsində olmaqla  normal və orta səviyyədə orta səviyyədə qalmışdır. 10 MeV-dən çox enerjili proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyi parametrləri, DSCOVR kosmik gəmisi tərəfindən ölçülmüşdür, Parametrlər 22/11.10 UTC tarixində nominal günəş küləyi mühitini göstərmişdir. Küləyin sürəti təxminən 300 km / san, ümumi sahəsi 2-4 nT arasında dəyişən, Bz komponenti isə  +1 nT-dən -4 nT-ə qədər dəyişir və phi əsasən mənfi sektorda qalır. 22/11.10 UTC-dən sonra gözlənilən pozitiv qütblülüyə malik CH HSS-ə çata biləcək qədər zəif CIR müşahidə edildi. 22/16.30 UTC-də küləyin sürəti təxminən 325 km / san-yə çatdı və periodun sonunda isə 400 km / san-yə qədər artdı. 22 May tarixində periodun sonunda isə ümumi maqnit sahəsi 4-9 nT arasındadır, Bz isə +/- 7 nT arasında dəyişir. Təxminən 22/16.40 UTC-də mənfi qütblülükdən müsbət qütblülüyə dəyişən SSBC müşahidə edilmişdir.

Geomaqnit sahə sakit səviyyədədir.

Kosmik hava proqnozu - Günəş aktivliyinin növbəti üç gündə (23-25 May) C-sinif aktivliyi ehtimalı ilə çox aşağı qalması gözlənilir. C-sinif aktivliyi üçün ehtimal əsasən limbin NE (şimal-şərq) kənarındakı nömrəsi olmayan potensial alışma aktivliyinə malik bölgə ilə bağlıdır.

CH HSS effektləri ilə bağlı olaraq inkişaf etmiş günəş küləyi mühiti səbəbindən, üç gün (23-25 May) 2 MeV-dən çox elektron selinin orta səviyyədən qədər yüksələcəyi gözlənilir. 10 MeV-dən çox proton selinin fon səviyyəsində davam etməsi gözlənilir.

Günəş küləyi parametrlərinin dəyişməsi nəticəsində birinci proqnoz günü (23 May) ərzində şimal tacından genişlənən və müsbət qütblülüyə malik olan CH HSS-in geoeffektiv (Yerə təsir etmə iqtidarında) olacağı gözlənilir. STEREO-A PLASTIC məlumatlarına əsasən, küləyin sürəti ikinci gün (24 may) ərzində təxminən 500 km / san-yə qədər artacaqdır. Üçüncü proqnoz günü (25 may), küləyin parametrlərinin yavaş-yavaş zəifləyəcəyi və CH HSS-in də eyni zamanda geoeffektiv mövqedən çıxacağı gözlənilir.

Proqnoz dövrünün ilk iki günü (23-24 may) geomaqnit sahənin ümumilikdə sakit olacağı gözlənilsə də bəzi fasilələrlə gözlənilməz şərtlərə malik həyəcanlanmalar ola bilər. Üçüncü gün (25 may) geomaqnit şəraitin sakitləşəcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025