Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - Elm və Təhsil Nazirliyinin əsasnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - AMEA-nın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
29.07.2026 11:39 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

29 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminarı ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov açaraq iştirakçıları salamlayıb, onlara məruzənin mövzusu barədə məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri“ şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə “Ae/Herbiq tipli HD 141569A ulduzunun uzunmüddətli spektral tədqiqatlarının nəticələri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Ae/Herbiq tipli HD 141569A ulduzunun uzunmüddətli spektral müşahidələrinin nəticələri təqdim edilmiş, ulduz atmosferində və ətraf qaz-toz diskində baş verən fiziki proseslər hərtərəfli təhlil olunmuşdur. Tədqiqat zamanı 2017–2023-cü illərdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Zeiss-2000 teleskopunda alınmış yüksək keyfiyyətli spektrlər, eləcə də 2007-ci ildə Avropa Cənub Rəsədxanasının (ESO) Çox Böyük Teleskopunun (VLT) UVES yüksək ayırdetməli spektroqrafı vasitəsilə əldə edilmiş arxiv müşahidə materialları kompleks şəkildə emal və təhlil edilmişdir.

Spektral analiz zamanı sintetik model atmosferlərindən istifadə edilməklə hidrogenin Balmer seriyasına aid Hα, Hβ, Hγ və Hδ xətlərinin fotosfer komponenti şüalanma komponentindən ayrılmışdır. Müəyyən edilmişdir ki, hidrogenin şüalanama xətləri mərkəzi minimuma malik xarakterik iki pikli (double-peaked) profil nümayiş etdirir. Belə profil forması qazın ulduz ətrafı diskdə Kepler qanunlarına uyğun orbital hərəkət etdiyini təsdiqləyən əsas spektral göstəricilərdən biridir. Şüalanma profillərinin quruluşu diskdə qazın paylanması, sıxlığı və kinematik xüsusiyyətləri haqqında mühüm məlumat verir.

Bundan əlavə, Na ID və CaII K rezonans xətlərinin təhlili nəticəsində sistemdə müşahidə olunan qaz axınının sürətinin təxminən −13 ± 1,5 km/s olduğu müəyyən edilmişdir. Bu nəticə ulduz ətrafı mühitdə maddənin dinamik hərəkətini və qaz axınlarının davam etdiyini göstərən mühüm müşahidə sübutlarından biri hesab olunur.

Hidrogen xətlərinin parametrləri əsasında ulduz səthinə maddənin akkresiya sürəti qiymətləndirilmişdir. Hesablamalar göstərmişdir ki, sistemdə akkresiya prosesi intensiv xarakter daşımır, lakin uzunmüddətli müşahidələr ərzində davamlılığını qoruyub saxlayır. Bu isə ulduzun təkamülünün hazırkı mərhələsində də maqnitosfer akkresiyasının tam dayanmadığını göstərir.

Sonda tədqiqat çərçivəsində əldə olunan nəticələr ümumiləşdirilib, onların perspektiv tətbiq imkanları müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026