Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda II Respublika Konfransı keçiriləcək - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda II Respublika Konfransı keçiriləcək
25.06.2026 17:10 / KONFRANSLAR Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” mövzusunda II Respublika Konfransı keçiriləcək

08-09 sentyabr 2026-cı ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” adlı II Respublika Konfransı keçiriləcəkdir.

 

Ünvan: Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi.

 

Konfransın keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasında astronomiya və astrofizika sahəsində aparılmış elmi tədqiqatlarda alınmış elmi nəticələrin müzakirə edilməsidir. Konfransda həmçinin  Şamaxı Astrofizika Rəsədxanasında uzun illər səmərəli elmi fəaliyyət göstərmiş, astronomiya elminə mühüm töhfələr vermiş alimlərin yubileyinin qeyd olunması da nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq, tanınmış Azərbaycan astronomlarının elmi fəaliyyətlərinə nəzər salınması, onların yetirmələrinin öz elmi rəhbərləri haqqında məruzələrinin dinlənilməsi planlaşdırılır. Konfransda gənc doktorant və dissertantların apardıqları elmi tədqiqatlara həsr olunmuş məruzələrin dinlənilməsi də nəzərdə tutulur.

 

Elmi təşkilat komitəsi:

Sədr:

  • N.S. Cəlilov (Şamaxı Astrofizika Rəsədxanası)

Sədr müavinləri:  

  • N.Z.İsmayılov (Şamaxı Astrofizika Rəsədxanası)
  • C.N.Rüstəmov (Şamaxı Astrofizika Rəsədxanası)

Katib:

  • A.R. İskəndərova (Şamaxı Astrofizika Rəsədxanası)

Üzvlər:

  • Ə.S. Quliyev (Şamaxı Astrofizika Rəsədxanası)
  • Z.A.Səmədov (Bakı Dövlət Universiteti)
  • K.İ. Alışeva (Bakı Dövlət Universiteti)
  • F.N. Əfəndiyeva (Xəzər Universiteti)
  • V.A. Hüseynov (Bakı Mühəndislik Universiteti)
  • R.T. Məmmədov (Batabat Astrofizika Rəsədxanası)
  • V.Ə. Məhərrəmov (Azərbaycan Texniki Universiteti)

 

Lokal Təşkilat Komitəsi:

Sədr:

  • N.Ə. Hüseynov

Sədr müavinləri:

  • A.B. Həsənova – müavin
  • S.R. Baxşiyeva - müavin

 

Üzvlər: O.V. Xəlilov, O.M. Salehli, S.O. Məmmədova, H.Ə. Qasımov, G.M. Hacıyeva, A.B. Rüstəmova, A.F. Abdulkərimova, L.H. Səlimzadə,  C.C.Tağıyeva

 

Çap qrupu: S.R. Baxşiyeva, L.H. Səlimzadə, C.C.Tağıyeva 

 

Əsas tarixlər:

  • Birinci elan                                                         25 iyun 2026
  • Qeydiyyatın başlanması                                  29 iyun 2026
  • İkinci elan                                                          1 avqust 2026
  • Qeydiyyatın son tarixi                                     20 avqust 2026
  • Proqramın yayımlanması                                01 sentyabr 2026
  • Konfransın açılışı                                              08 sentyabr 2026
  • Konfransın bağlanışı                                        09 sentyabr 2026
  • Məqalələrin qəbulu üçün son tarix                 31 oktyabr 2026

 

Müzakirələrin istiqamətləri:

  1. Astrofizikanın müxtəlif istiqamətlərində nəzəri tədqiqatlar (Sədr: V.A. Hüseynov, V.Ə.Məhərrəmov); 08 sentyabr 2026-cı il (12:00 – 15:15)
  2. Ulduz astrofizikası, dəyişən ulduzlar (Sədr N.Z. İsmayılov, C.N. Rüstəmov); 08 sentyabr 2026-cı il (15:45 – 18:00)
  3. Günəş və Günəş-Yer əlaqələri fizikası (Sədr: N.S.Cəlilov, F.R.Mustafa)
  4. Günəş sistemi cisimləri, nəhəng planetlər (Sədr: Ə.S.Quliyev, H. Qasımov); 09 sentyabr 2026-ci il (09:00 – 11:00)
  5. Qalaktikadankənar obyektlər: qalaktikalar, kvazarlar, qamma şüalanma mənbələri (Sədr: N.Ə. Hüseynov, K.İ.Alışeva); 09 sentyabr 2026-ci il (11:40 – 12:45)
  6. Astronomik müşahidələr və metodlar, kosmik rəsədxanalar (Sədr: N.Z. İsmayılov, V.Ə. Məhərrəmov); 09 sentyabr 2026-ci il (12:45 – 13:30)
  7. Azərbaycanda astronomiya elmi irsi – biliklərin ötürülməsi (Sədr: Z.A.Səmədov, K.İ.Alışeva); 09 sentyabr 2026-ci il (14:30 – 16:45)

 

Məruzələrin forması və vaxtları:

Plenar:                         25 dəqiqə

Şifahi                           10 dəqiqə

Poster                          5 dəqiqə

Konfransa üzvlük haqqı 20 AZN təşkil edir. İştirakçılar üçün 08 sentyabrda Bakıdan rəsədxanaya və 09 sentyabrda rəsədxanadan Bakıya avtobus reysi təşkil olunacaqdır. 08 sentyabrdan 09 sentyabra keçən gecə rəsədxanada gecələmək istəyən iştirakçıların qeydiyyat formunda qeyd etmələri vacibdir.

 

Konfransın gündəliyi

08 sentyabr 2026-ci il

10:00 – 11:00                         Qeydiyyat və kofe-breyk

11:00 – 12:00                         Konfransın açılışı

12:00 – 12:30                         Plenar

12:30 – 13:00                         Plenar

13:00 – 14:00                         Nahar fasiləsi

14:00 – 18:00                         Sessiyalar

09 sentyabr 2026-ci il

09:00 – 16:45                         Sessiyalar

16:45 – 17:15                         Konfransın bağlanışı

 

Qeydiyyatdan keçmək üçün elektron keçiddəki formadan istifadə olunmalıdır: Qeydiyyat formu

 

Poster qrupu: O.M. Salehli, A.R.İskəndərova

 

Tezislərə qoyulan tələblər

  1. Məruzənin başlığı böyük hərflərlə və qalın şriftlə yazılmalıdır;
  2. Müəlliflərin ad və ata adının baş hərfləri soyadları ilə birlikdə qalın şriftlə qeyd olunmalıdır;
  3. Təşkilatların adı və ünvanı kursivlə yazılmalıdır;
  4. Birinci müəllifin e-mail ünvanı göstərilməlidir;
  5. Tezisdə şəkil və istinadlar  olmamalıdır;
  6. Həcmi 1 A4 səhifə, maksimum 2500 işarə, sətirlərarası interval 1 olmalıdır;
  7. Səhifənin kənar ölçüləri: yuxarı və aşağıdan 2.5 sm, soldan 3 sm, sağdan 1.5sm;
  8. Şrift: Arial, ölçü 12 pt.

Qeyd: Abstrakt forması qeydiyyatdan keçən iştirakçılara birbaşa göndərilir.

 

Konfrans materiallarının çapı

Konfrans məruzələrinin xülasəsi elektron şəkildə ŞAR-ın rəsmi saytında yerləşdiriləcək. Bütün məruzəçilər elektron iştirakçı sertifikatı ilə təmin olunacaq. Konfrans materialları ayrıca toplu şəklində çap nəşr ediləcək. Məqalələrin mətni ingilis dilində AzAJ jurnalının qaydaları (bax: https://aaj.shao.az/AAJ_new_rules.pdf) əsasında tərtib olunmalıdır. Plenar məruzələr 15 səhifə, şifahi məruzələr 10 səhifə, posterlər 4-5 səhifəyə qədər həcmə malik olmalıdır.

Konfransın katibi:

A.R.İskəndərova

E-mail: shaoconferencesecretariat@gmail.com

Əlaqə nömrəsi: (+99451 699 04 32)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026