Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
18.06.2026 13:14 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

İyunun 18-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminarı ŞAR-ın elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Orxan Xəlillov açaraq iştirakçıları salamlayıb, onlara məruzənin mövzusu və aktuallığı barədə qısa məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının “Planetlər və kiçik səma cisimləri“ şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev “Kometlər və Trans-Neptun cisimləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə bir-biri ilə üzvü bağlı olan iki məsələ şərh edilib. Onlardan birincisi Günəş sisteminin Trans-Neptun zonasında varlığı ehtimal olunan irikütləli naməlum planetin komet sistemi ilə əlaqəsidir. Bu hissədə 2017-2026-cı illərdə tapılmış yeni kometlərin parametrlərinin Ə.Quliyevə mənsub olan hipotezlə uyğunluğu məsələsi təhlil edilib. Təhlil 4 parametr üzrə aparılıb: Komet perihellərinin koordinatları, kometlərin afel məsafələri, orbitlərin düyün məsafələri və Tisseran sabiti. Bu parametrlər üzrə statistik təhlil göstərir ki, yeni kometlərin hipotezlə uyğunluğu 2017-ci ilədək məlum olan kometlərdən daha üstündür.

Məruzənin ikinci hissəsində ŞAR-ın fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Bənövşə Əsgərova mütləq parlaqlığı 5.5-ə qədər olan 183 Trans-Neptun planet cisminin 1647 uzunperiodlu kometlərlə mümkün əlaqəsini şərh edib. Meyar kimi kometlərin uzaq düyün nöqtələrinin helisentrik məsafəsi və TNO-komet sistemindəki MOİD məsafələr götürülmüşdür. Hesablamalardan məlum olmuşdur ki, Baxılan TNO cisimlərindən 8-i bu mənada maraq kəsb edir. Onların MOİD məsafələri kifayət qədər kiçik və TNO-ların təsir radiusu ilə müqayisə oluna biləndir. Uzaq düyün nöqtələrinin statistikasında bu cisimlər üzrə 95 faiz etibarlılıq dərəcəsinə malik üstünlük tapılmışdır.

Məruzə seminar iştirakçılarının marağına səbəb olub. Mövzu ətrafında geniş müzakirələr aparılıb, verilən suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026