
İyun ayının 17-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.
2026-cı ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyət haqqında hesabat xarakteri daşıyan iclası rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
Daha sonra Rəsədxananın elmi şöbələrinin müdirləri və müvafiq elmi tədqiqat işləri üzrə mövzu rəhbərlərinin çıxışları dinlənilib. Çıxışlar zamanı cari ilin ilk 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatlar təqdim edilib, əldə olunmuş nəticələr, dərc edilmiş elmi əsərlər (məqalə, monoqrafiya), innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verilib.
Çıxışlar ətrafında geniş müzakirələr aparılıb və ilin ikinci yarısında elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb.
Sonda bir sıra cari məsələlər müzakirə edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.