Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxananın Baş direktoru Özbəkistanda beynəlxalq konfransda çıxış edib: Növbəti analoji konfrans Azərbaycanda keçiriləcək - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxananın Baş direktoru Özbəkistanda beynəlxalq konfransda çıxış edib: Növbəti analoji konfrans Azərbaycanda keçiriləcək
01.06.2026 17:15 / MÜHÜM HADİSƏLƏR Rəsədxananın Baş direktoru Özbəkistanda beynəlxalq konfransda çıxış edib: Növbəti analoji konfrans Azərbaycanda keçiriləcək

18–22 may 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd şəhərində yerləşən Yeni Özbəkistan Universitetində "14-cü İpək Yolu Görüşü və İpək Yolu Astronomik Tədqiqat və Təhsil Birliyinin 2-ci Görüşü" adlı mötəbər beynəlxalq elmi konfrans keçirilib.

Dünyanın 33 ölkəsindən 150-dən artıq tanınmış alim və mütəxəssisin iştirak etdiyi beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov təmsil edib.

Beş gün davam edən konfrans çərçivəsində astronomiya və astrofizikanın aktual problemləri, regionda astronomiya elminin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları, müştərək tədqiqat layihələri və elmi inteqrasiya məsələləri geniş müzakirə olunub.

Konfransın dördüncü günündə Namiq Cəlilov "Anizotropik kosmik plazma axınlarında maqnitohidrodinamik (MHD) dayanıqsızlıqlar" mövzusunda plenar məruzə ilə çıxış edib. Geniş maraqla qarşılanan məruzədə anizotrop plazmalarda maqnitohidrodinamik Kelvin–Helmholts dayanıqsızlığının xüsusiyyətləri araşdırılıb, istilik axınlarının və plazmanın anizotrop xüsusiyyətlərinin bu proseslərə təsiri təhlil olunub.

Tədqiqat nəticələri göstərib ki, maqnit sahəsi boyunca hərəkət edən səsdən iti plazma axınlarında müəyyən şəraitdə kvazi-eninə modlar daha sürətlə inkişaf edir. Müxtəlif sürət profillərinə malik keçid zonalarının təsiri nəzərə alınmaqla Kelvin–Helmholts dayanıqsızlığı üçün yeni dispersiya tənlikləri əldə olunub və məsələnin analitik həlli təqdim edilib. Bu nəticələr kosmik plazmalarda baş verən mürəkkəb proseslərin daha dərindən anlaşılması ilə yanaşı, müasir ədədi modellərin və kompüter simulyasiyalarının yoxlanılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Məruzədə həmçinin göstərilib ki, axınlar arasındakı keçid qatının xüsusiyyətləri müxtəlif plazma dayanıqsızlıqlarının inkişafına ciddi təsir göstərir və müəyyən hallarda Kelvin–Helmholts dayanıqsızlığını əhəmiyyətli dərəcədə gücləndirə bilir. Alınmış nəticələr kosmik plazmaların dinamikasının öyrənilməsi istiqamətində mühüm elmi yeniliklərdən hesab olunur.

Plenar məruzədən sonra Namiq Cəlilov "Azərbaycanda astronomiya və astrofizika elminin hazırkı vəziyyəti" mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda ölkəmizdə astronomiya sahəsində mövcud elmi potensial, müasir müşahidə infrastrukturu, beynəlxalq əməkdaşlıq əlaqələri və yüksək ixtisaslı elmi kadr hazırlığı istiqamətində görülən işlər barədə konfrans iştirakçılarına ətraflı məlumat verilib.

Konfrans çərçivəsində müxtəlif ölkələrin elmi təşkilatları ilə əməkdaşlıq imkanları müzakirə olunub, gələcək birgə layihələr və elmi mübadilə proqramları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Azərbaycan elmi ictimaiyyəti və Şamaxı Astrofizika Rəsədxanası üçün mühüm əhəmiyyət kəsb edən qərar qəbul edilib. Belə ki, konfransda iştirak edən 33 ölkənin alimlərinin yekdil rəyi və səsverməsi nəticəsində növbəti İpək Yolu beynəlxalq elmi konfransının Azərbaycanda keçirilməsi qərara alınıb. Bu qərar Azərbaycan astronomiya elminə göstərilən yüksək etimadın və ölkəmizin beynəlxalq elmi əməkdaşlıq platformalarında artan nüfuzunun göstəricisi kimi qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026