Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb
01.06.2026 11:09 / RƏSƏDXANA XƏBƏRLƏRİ Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Fizika" ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi proqramı uğurla yekunlaşıb.

Təcrübə proqramının məqsədi tələbələrin universitetdə əldə etdikləri nəzəri bilikləri praktiki fəaliyyətlə əlaqələndirmək, onların astronomiya və astrofizika sahəsində elmi-tədqiqat işləri ilə yaxından tanışlığını təmin etmək olub.

Təcrübə müddətində tələbələr rəsədxananın elmi bölmələrinin fəaliyyəti ilə tanış olub, burada həyata keçirilən fundamental və tətbiqi tədqiqatlar haqqında ətraflı məlumat əldə ediblər. ŞAR əməkdaşları tərəfindən keçirilən məşğələlər zamanı tələbələrə müasir astronomik müşahidə üsulları, teleskopların və elmi cihazların iş prinsipləri, astronomik məlumatların emalı və təhlili metodları barədə geniş məlumat verilib.

Praktiki dərslər çərçivəsində tələbələr rəsədxananın müşahidə bazasında istifadə olunan avadanlıqlarla işləmək imkanı qazanıb, astronomik müşahidələrin təşkili və aparılması prosesini yaxından izləyiblər. Bununla yanaşı, onlara Günəş sistemi obyektləri, ulduzlar, qalaktikalar və müasir astrofizikanın aktual tədqiqat istiqamətləri barədə seminarlar keçirilib.

İstehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilib, onlar tərəfindən yerinə yetirilən tapşırıqlar və hazırlanmış hesabatlar nəzərdən keçirilib.

Təcrübə proqramını uğurla başa vuran tələbələr yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyinə və elmi kollektivə təşəkkürlərini bildirərək, bu təcrübənin onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026