Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşları “Cavan ulduzların fizikası və ulduzəmələgəlmə prosesləri” adlı elmi konfransda iştirak edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşları “Cavan ulduzların fizikası və ulduzəmələgəlmə prosesləri” adlı elmi konfransda iştirak edib
22.05.2026 15:52 / KONFRANSLAR Rəsədxana əməkdaşları “Cavan ulduzların fizikası və ulduzəmələgəlmə prosesləri” adlı elmi konfransda iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları 20-22 may 2026-cı il tarixlərində Sankt-Peterburq Dövlət Universiteti tərəfindən təşkil olunmuş, Vladimir Pavloviç Qrininin xatirəsinə həsr edilən “Cavan ulduzların fizikası və ulduzəmələgəlmə prosesləri” adlı elmi konfransda onlayn formatda iştirak ediblər.

Konfrans çərçivəsində rəsədxananın “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə “Ae/Herbiq tipli HD 141569A ulduzunun uzunmüddətli spektral tədqiqatlarının nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 2017–2023-cü illərdə ŞAR-da alınmış spektrlər, həmçinin 2007-ci ildə ESO VLT teleskopunun UVES spektroqrafı vasitəsilə əldə edilmiş arxiv müşahidələri əsasında aparılmış tədqiqatın nəticələri təqdim olunub.

Tədqiqat zamanı sintetik model profilləri vasitəsilə hidrogen xətlərinin Hα–Hδ təmiz şüalanma komponenti fotosfer komponentindən ayrmaqla, müəyyən edilib ki, şüalanma profilləri mərkəzi minimuma malik iki pikli quruluşa malikdir ki, bu da qaz diskinin Kepler orbiti üzrə hərəkət etdiyini göstərir. Eyni zamanda, qaz axınının təxminən −13 ± 1.5 km/s sürətlə baş verdiyi və ulduz səthinə maddə akkresiyası əlamətlərinin mövcud olduğu müəyyənləşdirilib. Hγ və Hδ xətləri əsasında akkresiya sürəti qiymətləndirilib. Nəticələr HD 141569A diskinin aralıq təkamül mərhələsində olmasına baxmayaraq, sistemdə zəif, lakin sabit maqnitosfer akkresiyası prosesinin davam etdiyini göstərib.

Konfransın ikinci günündə isə rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılov “AS 442A gənc ulduzunun uzunmüddətli fotometrik və spektral müşahidələrinin nəticələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ilk dəfə olaraq orta kütləli cavan ulduzlar arasında UXOR tipli AS 442A ulduzunun qoşa sistem olması ehtimalı irəli sürülüb.

Təqdim olunan elmi nəticələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, cavan ulduzların fizikası, ulduzəmələgəlmə prosesləri, protoplanetar disklər, akkresiya, ulduz küləkləri və erkən təkamül mərhələlərinin müasir tədqiqat istiqamətlərinə həsr olunan elmi konfransda müxtəlif elmi mərkəz və universitetlərdən çoxsaylı astronomlar, astrofiziklər, gənc tədqiqatçılar və mütəxəssislər iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026