Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
18.05.2026 10:10 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı nisbətən zəifləmişdir. Əsasən C sinifli alışmalar qeyd olunsa da, maksimal sinifli alışma 4445 ləkə regionunda M1.9 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II-IV tip radioemissiya Tac Kütlə Atılmaları (TKA) və 10 sm diapazonda radioalışma qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 7 ləkə qrupunda 86 ləkə və Tac Dəlikləri müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Günəş küləyinin maksimal sürəti 823 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -13 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 557 km/san, sıxlığı 2.5 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 4.5 nT, radial istiqamətdə isə 2.5 nT təşkil edir.

Hesabat dövründə Tac Dəliyi Axınlarının təsiri ilə 15-16 mayda G1-G2 səviyyəli geomaqnit qasırğası olmuşdur.  

Kosmik hava proqnozu – Proqnoz günlərində (18-24 may) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin 19-20 mayda TKA-ın təsiri ilə orta və yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə  fon səviyyəsində qalacağı gözlənilir

Günəş küləyinin  sürəti mənfi qütblü Tac dəliyi Axınlarının və 16 mayda Günəşi tərk etmiş TKA-nın təsirilə yenə də normadan yüksək olacaq.  

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 5-60%, orta  geomaqnit enliklərdə isə 40-5%-dir.

Geomaqnit sahəsinin fəallığının 16 mayda M1.9 sinifli alışmaya bağlı olan TKA-nın Yerə çatması nəticəsində 18-19 mayda əsasən (zəif-orta) G1-G2 səviyyəli geomaqnit qasırğası gözlənilir. 20 mayda isə mənfi qütblü Tac Dəliyi Axınlarını təsiri də əlavə olunacağı üçün qasırğanın davam etməsi ehtimalı var. Daha sonra isə geomaqnit sahəsinin intensivliyinin  sakit-aktiv səviyyələr rasında dəyişəcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026