Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kvazarların ulduz əmələgəlmə prosesinə təsiri - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kvazarların ulduz əmələgəlmə prosesinə təsiri
15.05.2026 15:08 / ASTRO XƏBƏRLƏR Kvazarların ulduz əmələgəlmə prosesinə təsiri

Arizona Universitetinin Stüard Rəsədxanasının beynəlxalq tədqiqat qrupu Ceyms Vebb Kosmik Teleskopu vasitəsilə müşahidə edilmiş uzaq qalaktikaları araşdırıb. Alimlər Böyük Partlayışdan təxminən 1 milyard il sonrakı dövrə aid 27 parlaq kvazarı təhlil ediblər. Onlardan 6-da indiyədək diqqətdən kənarda qalmış sürətli və güclü, qalaktika miqyaslı qaz axınları aşkar olunub. Bu axınların sürətinin təxminən 8400 km/s-ə qədər çatdığı müəyyən edilib.

İlkin Kainatda müşahidə olunan qalaktikaların hamısında olmasa da, əksəriyyətinin mərkəzində fəal supermassiv qara dəliklər — kvazarlar yerləşir. Qalaktikaların təkamülünün bu qara dəliklərin fəaliyyəti ilə sıx bağlı olduğu məlumdur. Lakin qalaktikaların keçdiyi bütün mərhələlər və bu proseslərin dəqiq mexanizmləri hələ tam aydın deyil.

Tədqiqat zamanı aşkar edilmiş maraqlı faktlardan biri də bu qalaktikalarda ulduz əmələgəlmə prosesinin zəifləməsi və ya dayanması olub. Bu isə indiyədək qəbul edilən qalaktikaların təkamülü nəzəriyyəsi ilə müəyyən ziddiyyət təşkil edir. Əlavə olaraq da sual yaranır ki, əgər bu qalaktikalarda ulduz yaranması bu qədər tez dayanıbsa, bəs kvazarlar necə bu qədər böyük kütlə toplaya biliblər? Çünki belə qısa kosmik zaman ərzində qalaktikada ulduz yaranmasının tam dayanması gözlənilən hal deyildi. Qalaktikalar kvazar mərhələsində çox qısa müddətdə olurlar. Təxminən 100 milyon ildən sonra onlar sakitləşir və normal qalaktikaya çevrilirlər. Bu isə kosmik miqyasda bir ana bərabərdir.

Müəlliflər bu fenomeni kvazarların fəaliyyəti ilə izah edirlər. Maddə qara dəliyə, yəni kvazara düşərkən böyük miqdarda enerji ayrılır və kvazar bəzən bütöv qalaktikanın ulduz işığından qat-qat parlaq görünə bilir. Bu güclü enerji qalaktikadakı soyuq hidrogen qazına təsir göstərir. Halbuki ulduzların yaranması üçün məhz soyuq qaz lazımdır: qaz soyumalı, sıxlaşmalı və cazibə qüvvəsinin təsiri ilə yeni ulduzlara çevrilməlidir. Əgər qaz qızdırılırsa və ya qalaktikadan kənara atılırsa, yeni ulduzların yaranması zəifləyir və ya tamamilə dayanır.

Həmçinin tədqiqatlar göstərib ki, qırmızı sürüşmənin qiyməti artdıqca kvazar küləklərinin müşahidə olunma tezliyi və intensivliyi də artır. Bu isə o deməkdir ki, belə ekstremal qaz axınlarına erkən Kainatda daha sonrakı dövrlərlə müqayisədə daha tez-tez rast gəlinib. Bu kvazar küləkləri dar reaktiv jetlərdən fərqlənir. Jetlər işıq sürətinə yaxın sürətlə hərəkət edə bilər, lakin onlar adətən çox dar istiqamətdə yayılır və qalaktikanın yalnız kiçik bir hissəsinə təsir göstərir. Burada isə söhbət daha geniş istiqamətlərdə yayılan, ulduz küləyinə bənzər güclü qaz axınlarından gedir. Bu axınlar kvazarın çox güclü işığının yaratdığı radiasiya təzyiqi ilə müxtəlif istiqamətlərə yayılaraq hətta qalaktikalararası mühitə qədər çıxa bilər. Bu nəticə supermassiv qara dəliklərlə qalaktikalar arasındakı əlaqəni daha aydın göstərir. Qara dəlik sürətlə maddə udarkən kvazar yaranır. Kvazar isə güclü radiasiya və qaz axınları vasitəsilə qalaktikanın qazını qızdırır və ya onu qalaktikadan kənara atır. Qara dəliyin böyüməsi zəiflədikdə bu küləklər də tədricən sönür. Beləliklə, astronomlar erkən Kainat şəraitində qara dəliyin qalaktika təkamülünə birbaşa təsirini müşahidə etmiş olurlar.

Belə bir proses qalaktikanı ulduz yaranması üçün lazım olan “xammaldan” — soyuq qazdan məhrum edir. Qaz yoxdursa, yeni ulduzlar da yaranmır. Nəticədə qalaktika mavi, gənc və isti ulduzlar yaratmaq əvəzinə, tədricən qırmızı, daha yaşlı ulduz populyasiyasının üstünlük təşkil etdiyi sakit qalaktikaya çevrilir. Güclü tempdə qazın qalaktikadan atılması ulduz əmələgəlmə prosesini dayandırmaq üçün kifayət edə bilər.

Alimlər həmçinin hesab edirlər ki, kvazarların qalaktikadakı qazı bu qədər sürətlə udmasında və kənara atmasında qalaktikanın ilkin quruluşu da mühüm rol oynaya bilər. Yeni yaranmış qalaktikalarda qaz daha nizamsız və diffuz şəkildə paylanmış olur. Onların quruluşu daha kompakt və yumaq formasında olduğundan qazın mərkəzi qara dəlik tərəfindən udulması və ya kvazar küləkləri ilə kənara atılması daha asan baş verir. Müasir spiral qalaktikalarda isə qaz əsasən diskdə və spiral qollarda toplandığı üçün onun mərkəzi qara dəlik tərəfindən udulması daha çətin ola bilər.

Qeyd edək ki, tədqiqat işi  “Nature” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026