
May ayının 13-də tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Seminara rəhbərlik edən ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra rəsədxananın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük elmi işçisi, astronomiya elmləri doktoru, dosent Zahir Səmədov “jCas və rCas ifratnəhəng ulduz atmosferlərinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.
Təqdim olunan işdə model üsulu ilə jCas və rCas ifratnəhəng ulduzların atmosferləri tədqiq olunmuşdur. [c1], Q fotometrik indekslərinin və hidrogenin Balmer seriyası xətlərinin ekvivalent enlərinin müqayisəsi əsasında bu ulduzların effektiv temperaturları və səthlərində ağırlıq qüvvəsinin təcili təyin edilmişdir: jCas ulduzu üçün Teff=7350 ± 200K, logg=0.4 ± 0.2; rCas ulduzu üçün Teff=5450 ± 200K, logg=0.1 ± 0.2.
FeII xəttləri əsasında ulduzların atmosferlərində mikroturbulentlik analiz edilmişdir: jCas ulduzu üçün mikroturbulentlik parametri xt = 7.5 ± 1 km/san, rCas ulduzu üçün xt = 10 ± 1 km/san təyin edilmişdir. Ulduzların atmosferlərinin kimyəvi tərkibi tədqiq olunmuşdur: Hər iki ulduzun atmosferində C (karbon) elementinin miqdarının azlığı, N (azot) və Na (natrium) elementlərinin miqdarlarının artıqlığı, digər tədqiq olunan elementlərin miqdarlarının isə Günəşdəki qədər olduğu aşkar edilmişdir.
Seminar iştirakçılarının böyük marağına səbəb olan çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, onları maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.