Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
29.04.2026 11:49 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

29 aprel 2026-cı il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən ŞAR-ın icraçı direktoru, professor Nəriman İsmayılov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın “Qoşa ulduzlar və eruptiv proseslər” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bayram Rüstəmov  “Alqol tipli qoşa U Sge ulduzunun spektral tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə Algol tipli tutulan-qoşa U Sagittae (U Sge) ulduzunun spektral müşahidələrinin nəticələri təqdim olunub. Ulduzunun spektral müşahidələri, 2022–2025-ci illərdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunun Kasseqren fokusunda, ShaFES (Shamakhy Fiber Echelle Spectrograph) optik lifli eşelle spektroqrafında, R=28000 spektral ayırdetmə ilə, λλ=3900–7500 Å dalğa uzunluğu diapazonunda aparılmışdır. U Sge tutulan-qoşa ulduzunun spektrlərində hidrogenin Balmer seriyasının  (Hα–Hδ) və He I 5876 Å xətlərinin, eləcə də rezonans dublet  Na I D və Ca II K xətlərinin profillərinin ölçülmüş şüa sürətlərinin, sistemin orbital periodundan asılılığının müqayisəli analizi aparılmış, sistemin əsas komponenti üçün şüa sürəti əyrisi qurulmuşdur. Alim qeyd edib ki, sistemin orbital fazasının təqribən 0.8 qiymətlərində Ha udulma profilinin qırmızı qanadında, fazanın təqribən 0.3 qiymətlərində isə göy qanadında udulma detalı müşahidə olunur. Bu udulma detalı müşahidələr zamanı əvvəllər digər Alqol tipli  d Lib ulduzunun spektrində də aşkar edilmişdi. Ehtimal edilir ki, bu udulma detalı sistemin mümkün üçüncü komponentinin və ya Alqol tipli qoşa sistemlərdə nadir hallarda müşahidə olunan Maklaflin-Rossiter effektinin  göstəricisi ola bilər.

Seminar iştirakçılarının böyük marağına səbəb olan çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, onları maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026