Ekskursiyalar Saytın xəritəsi
AZEN
Hitomi teleskopunun məlumatları ifratyeni ulduzlar haqqında təsəvvürləri dəyişir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Hitomi teleskopunun məlumatları ifratyeni ulduzlar haqqında təsəvvürləri dəyişir
28.04.2026 11:35 / ASTRO XƏBƏRLƏR Hitomi teleskopunun məlumatları ifratyeni ulduzlar haqqında təsəvvürləri dəyişir

Persey topası eyniadlı bürc istiqamətində yerləşən nəhəng qalaktika topasıdır. Bu topada mindən çox qalaktika var və onlar çox isti qazla əhatə olunub. Bu qaz qalaktikalararası mühit adlanır və rentgen diapazonunda güclü şüalanma yaradır. Onun kimyəvi tərkibini öyrənməklə milyardlarla ifratyeni ulduz partlayışının qalaktikalararası mühitə hansı elementləri yaydığını müəyyən etmək mümkündür.

İfratyeni ulduz partlayışları zamanı kosmosa böyük sürətlə Al, Mg, Si, S, Ar, Ca və Fe kimi ağır elementlər atılır. Lakin Hitomi rentgen teleskopunun Persey topası üzrə apardığı dəqiq müşahidələr göstərdi ki, mövcud nəzəri modellər bəzi elementlərin miqdarını düzgün proqnozlaşdırmır. Xüsusilə modellər Si və S miqdarını müşahidələrdən daha çox, Ar və  Ca miqdarını isə daha az göstərir.

Tədqiqat 2016-cı ildə Yaponiya tərəfindən kosmosa göndərilmiş Hitomi rentgen teleskopunun müşahidə məlumatlarına əsaslanır. Hitomi təxminən bir ay fəaliyyət göstərsə də, onun topladığı yüksək dəqiqlikli rentgen spektrləri Persey topasının kimyəvi tərkibini öyrənmək üçün çox qiymətli məlumat verdi. Bu məlumatlar dünyanın müxtəlif elmi mərkəzlərindən olan tədqiqatçılar tərəfindən təhlil olunmuşdur.

Alınan nəticələr göstərir ki, massiv ulduzların və onların ifratyeni ulduz kimi partlayışlarının mövcud modelləri yenidən nəzərdən keçirilməlidir. Çünki Si, S, Ar və Ca kimi elementlər əsasən kütləsi təxminən 10M☉ kütləsindən böyük olan massiv ulduzlarda və onların nüvə kollapsı nəticəsində baş verən partlayışlarda yaranır. Əgər modellər bu elementlərin nisbətini düzgün vermirsə, deməli massiv ulduzların daxili quruluşu, konveksiyası və partlayış mexanizmləri haqqında təsəvvürlər dəqiqləşdirilməlidir.

Tədqiqatçılar bu uyğunsuzluğu aradan qaldırmaq üçün massiv ulduzların təkamülü və partlayışı üzrə yeni modellər hazırlayıblar. Bu modellər müxtəlif metallığa malik, yəni ağır elementlərlə zənginliyi fərqli olan 15–60 M☉ kütləli ulduzlara tətbiq edilmişdir. Metallıq ulduzun formalaşdığı mühitin əvvəlki nəsil ulduzlar tərəfindən nə dərəcədə zənginləşdirildiyini göstərən mühüm göstəricidir. Buna görə də belə modellər təkcə Persey topasının deyil, həm də Süd Yolunun, metallığı az olan ulduzların və uzaq qalaktikaların kimyəvi təkamülünü anlamaq üçün vacibdir.

Bu nəticələr qalaktikaların kimyəvi təkamülünü hesablayan modellərə daxil edilir. Məqsəd ifratyeni ulduzların nəsildən-nəslə ağır elementləri necə yaratdığını, onları kosmosa necə yaydığını və yeni ulduzların yaranmasına necə təsir etdiyini izləməkdir. Hal-hazırda isə 2023-cü ildə kosmosa buraxılmış yeni nəsil XRISM rentgen teleskopu Hitominin başladığı işi davam etdirir və ifratyeni ulduz qalıqları, qalaktika topaları və digər yüksək enerjili obyektlər üzrə daha dəqiq ölçmələr aparır.

Qeyd edək ki, tədqiqatın nəticələri “The Astrophysical Journal”da dərc olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026