Ekskursiyalar Saytın xəritəsi
AZEN
Ultra genişmiqyaslı struktur kəşf olunub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Ultra genişmiqyaslı struktur kəşf olunub
23.04.2026 10:54 / ASTRO XƏBƏRLƏR Ultra genişmiqyaslı struktur kəşf olunub

Böyük Britaniyanın Mərkəzi Lankaşir Universitetinin (UCLan) tədqiqat qrupu son bir neçə il müddətində səmanın eyni sahəsində 3 nəhəng struktur kəşf edib. Onlar son kəşf etdikləri strukturu "Giant Ring", yəni Nəhəng Halqa adlandırıblar. 1 Giqaparsek (Gps) diametrə malik bu struktur insan gözü ilə görünə bilsəydi, səmada Aydan təxminən 15 dəfə böyük görünərdi. Kəşfin ən maraqlı cəhəti isə bu strukturların iç-içə yerləşməsidir. Belə ki, Nəhəng Halqa daha əvvəl həmin sahədə aşkar olunmuş Nəhəng Tağ və Böyük Halqa ilə əlaqəli görünür. O, Böyük Halqanı əhatə edir və demək olar ki, konsentrik konfiqurasiya yaradır.

Bu kəşf Kainatın Standart Modelini (ΛCDM) ) şübhə altına alır. Çünki kosmoloji prinsipə əsasən, çox böyük miqyaslarda Kainat bircins və izotrop olmalıdır. Başqa sözlə, təxminən 370 Megaparsekdən (Mps) böyük miqyaslarda aydın seçilən strukturların olmaması gözlənilir, müşahidələr isə əksini göstərir.

Strukturun aşkar edilməsi üçün “Sloan Digital Sky Survey”in “SDSS DR16Q”kataloqunun materiallarından istifadə olunub. Strukturlar uzaq kvazarların spektrlərində Mg II xətlərinin udulması üsulu ilə müəyyən edilib. Müəlliflər “2D Power Spectrum Analysis” metodunu tətbiq edərək Furye analizi vasitəsilə siqnalları sərt filtrasiya meyarları ilə seçiblər; bu meyarlara siqnal-küy nisbəti və lokal kontinuumun xüsusiyyətləri də daxildir. “Proyeksiya müstəvisi” üsulu isə təhrifləri minimuma endirməyə və maddənin gizli koherentliyini üzə çıxarmağa imkan verib. Əlavə olaraq “FLAMINGO-10K” vasitəsilə simulyasiyalarda nəticələr həmin sahələrdə bir-birini örtən, elliptik strukturların mövcudluğunu təsdiq edib. 

Nəhəng Halqanın morfologiyası mürəkkəb quruluş nümayiş etdirir. Onun şimal hissəsi nazik bir lif və ya sap formasındadır, cənub bölgəsində isə daha əvvəl aşkar olunmuş Nəhəng Tağın elementləri yer alır. Qərb periferiyasında müşahidə olunan budaqlanma isə bir neçə halqavari və ya torşəkilli strukturun üst-üstə düşə biləcəyini göstərir.

Bu tədqiqat işi üzrə məqalənin çap öncəsi versiyası arXiv platformasında yerləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026