
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləyərəl əsasən B sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma 4419 ləkə regionunda C4.1 sinifli alışma olmuşdur. 15 apreldə Yerə yönəlmiş komponentə malik Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 2 ləkə qrupunda 35 ləkə və Tac Dəlikləri müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyələrdə, 10 MeV-dən çox enerji yüklü proton seli 601 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 38 nT, radial istiqamətdə isə -27 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 499 km/san, sıxlığı 9.93 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 7.85 T, radial istiqamətdə isə -0.21 nT təşkil edir.
Hesabat dövründə 15 apreldə qeydə alınmış TKA və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə 18-19 apreldə orta səviyyəli (G2-G1) geomaqnit qasırğası baş vermişdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (20-26 aprel) C sinif alışmanın baş verməsi ehtimalı 5%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də yüksək səviyyələrdə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyi sürətinin Tac dəliklərinin geoeffektiv olması səbəbilə yüksələcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-45%, orta geomaqnit enliklərdə isə 35-1%-dir.
Geomaqnit sahəsinin isə sakit-aktiv səviyyələrdə olacağı proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.