Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada əməyin təhlükəsizliyinə həsr olunmuş tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada əməyin təhlükəsizliyinə həsr olunmuş tədbir keçirilib
20.04.2026 10:11 / TƏDBİRLƏR Rəsədxanada əməyin təhlükəsizliyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) əməyin mühafizəsinə həsr olunmuş “Elm mühitində psixososial sağlamlıq və təhlükəsizlik” mövzusunda tədbir keçirilib. Tədbirdə rəsədxananın bütün struktur bölmələrini təmsil edən elmi və texniki heyət iştirak edib.

Təşəbbüsün əsas məqsədi əməkdaşlar arasında əməyin mühafizəsi sahəsində maarifləndirməni gücləndirmək, psixososial risk amilləri barədə məlumatlılığı artırmaq və sağlam, təhlükəsiz iş mühitinin formalaşdırılmasına töhfə vermək olub. Eyni zamanda, kollektiv daxilində effektiv ünsiyyətin təşviqi və stressin idarə olunması yollarının müzakirəsi də tədbirin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Tədbiri rəsədxananın baş mühəndisi Zaur Ağayev açaraq bildirib ki, müasir elmi mühitdə yalnız fiziki təhlükəsizlik deyil, əməkdaşların psixoloji rifahı da xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, sağlam iş mühitinin formalaşdırılması həm əmək məhsuldarlığının artırılmasına, həm də kollektiv daxilində münasibətlərin möhkəmlənməsinə xidmət edir.

Sonra əməyin mühafizəsi üzrə mütəxəssis İlqar Ələkbərov çıxış edərək rəsədxanada tətbiq olunan əməyin təhlükəsizliyi qaydaları, risklərin qiymətləndirilməsi və qarşısının alınması mexanizmləri barədə ətraflı məlumat verib. O vurğulayıb ki, təhlükəsizlik qaydalarına riayət olunması hər bir əməkdaşın məsuliyyəti olmaqla yanaşı, ümumi iş prosesinin səmərəliliyinə birbaşa təsir göstərir.

Tədbirin davamında ŞAR-ın “İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr” şöbəsinin əməkdaşı Mənami Şükürov məruzə ilə çıxış edərək psixososial sağlamlığın elmi mühitdə rolu, stress faktorları və onların idarə olunması yollarından bəhs edib. O qeyd edib ki, düzgün kommunikasiya, iş bölgüsünün optimal təşkili və dəstək mühitinin yaradılması psixoloji gərginliyin azalmasına və daha sağlam iş atmosferinin formalaşmasına imkan yaradır.

Tədbirin rəsmi hissəsindən sonra zəruri hallarda əməyin təhlükəsizliyinin təmin olunması üzrə praktiki tədbirlər iştirakçılara əyani şəkildə nümayiş etdirilib.

İştirakçılar tərəfindən maraqla qarşılanan tədbirdə bu kimi maarifləndirici təşəbbüslərin davamlılığının vacibliyi vurğulanıb və qeyd olunub ki, bu cür tədbirlər rəsədxanada təhlükəsiz və sağlam iş mühitinin inkişafına mühüm töhfə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026