Ekskursiyalar Saytın xəritəsi
AZEN
Günəş fəallığı - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Günəş fəallığı
15.04.2026 15:49 / ASTRO XƏBƏRLƏR Günəş fəallığı

Hal-hazırda Günəş fəallıq dövründədir və bu, sayca 25-ci Günəş tsiklidir. Günəşin təxminən 11 illik fəallıq dövrünə malik olması ilk dəfə 1843-cü ildə alman astronomu Samuel Henrix Şvabe tərəfindən uzunmüddətli müşahidələr əsasında aşkar edilmişdir. Daha sonra isveçrəli astronom Rudolf  Volf Şvabenin və digər müşahidəçilərin məlumatlarını sistemləşdirərək Günəş aktivliyinin tarixini bərpa etmiş və ilk nömrələnmiş Günəş tsiklinin 1755-ci ilin fevralında başladığını müəyyən etmişdir. O, həmçinin bu gün də geniş istifadə olunan Günəş ləkələrinin sayını xarakterizə edən indeks — Volf rəqəmini tətbiq etmişdir.

Günəş tsikli ərzində fəallıq minimum və maksimum mərhələlər arasında dəyişir. Aktivlik maksimumuna yaxın dövrdə Günəş səthində müşahidə olunan ləkələrin sayı əhəmiyyətli dərəcədə artır. Bu ləkələr əsasən Günəşin maqnit sahəsinin güclü olduğu regionlardır və onların coğrafi paylanması da tsikl ərzində dəyişir, tsiklin əvvəlində ləkələr daha çox orta enliklərdə yaranır, maksimuma yaxın isə ekvatora doğru miqrasiya edir.

Günəş ləkələri ilə əlaqəli olaraq tez-tez güclü enerji boşalmaları — alışmalar və xüsusilə Tac Kütlə Atılmaları (TKA) baş verir. TKA-lar nəticəsində böyük həcmdə plazma Günəşdən açıq kosmosa atılır. Əgər bu axın Yer istiqamətində yönələrsə, Yerin maqnit sahəsi ilə qarşılıqlı təsirə girərək geomaqnit qasırğalarına səbəb olur. Bu qasırğalar nəticəsində ionosferdə ciddi dəyişikliklər baş verir, rabitə və naviqasiya sistemləri pozulur, həmçinin yüksək enliklərdə parlaq qütb parıltıları müşahidə olunur.

Sakit dövrlərdə isə geomaqnit qasırğalarının əsas mənbəyi Günəş tacında yaranan Tac dəlikləri olur. Bu sahələrdən yüksək sürətli günəş küləyi axınları yayılır və Yerə çatdıqda daha zəif, lakin davamlı geomaqnit qasırğaları.

25-ci Günəş tsikli 2019-cu ildə başlamış və 2024-cü ildə maksimum mərhələsinə çatmışdır. Bu tsiklin əvvəlki bəzi proqnozlardan daha fəal keçdiyi müşahidə olunmuşdur. Növbəti, 26-cı tsiklin isə təxminən 2029–2032-ci illər intervalında başlaması gözlənilir, lakin bu tarixlər Günəş dinamikasının mürəkkəbliyinə görə müəyyən qeyri-müəyyənlik daşıyır.

Qeyd etmək vacibdir ki, Günəşin maqnit sahəsi əslində 22 illik tam dövrə malikdir. Bu dövr Heyl dövrü adlanır və hər iki 11 illik tsikldən sonra Günəşin maqnit qütblərinin tam olaraq əvvəlki vəziyyətinə qayıtmasını təsvir edir. Tsiklin maksimum mərhələsi adətən maqnit qütblərinin yer dəyişməsi ilə üst-üstə düşür.

Günəş fəallıq dövrünün öyrənilməsi və proqnozlaşdırılması həm fundamental elm, həm də tətbiqi sahələr üçün böyük əhəmiyyət daşıyır. Xüsusilə kosmik hava şəraitinin qiymətləndirilməsi üçün bu məlumatlar kritikdir. Günəş fəallığı artdıqca Yer atmosferinin yuxarı qatları qızır və genişlənir, bu da aşağı Yer orbitində hərəkət edən peyklər üçün aerodinamik müqavimətin artmasına səbəb olur. Nəticədə peyklərin orbital hündürlüyü daha sürətlə azalır və onların istismar müddəti qısalır.

Bundan əlavə, Günəş fəallığı radio rabitəsində fasilələrə, GPS siqnallarında səhvlərə, elektrik ötürücü şəbəkələrdə induksiya cərəyanlarının yaranmasına və hətta bəzi hallarda texnogen qəzalara – elektrik avadanlıqlarının, hətta elektrik stansiyalarının sıradan çıxmasına, peyklərin Yerə düşməsinə və s. səbəb ola bilər. Bu səbəbdən müxtəlif kosmik agentliklər və sənaye qurumları Günəş tsiklinin proqnozlarını istifadə edərək peyk missiyalarını planlaşdırır, rabitə sistemlərini qoruma tədbirləri hazırlayır və kosmik hava risklərini minimuma endirməyə çalışırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026