Ekskursiyalar Saytın xəritəsi
AZEN
Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib
13.04.2026 09:11 / TƏDBİRLƏR Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Tusi Bohm Planetariumda 12 Aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş “Ulduzlara Doğru – Gənclər Zirvəsi” adlı elmi-populyar tədbir təşkil olunub.Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR), Tusi Bohm Planetarium və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları, Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Təşəbbüsün əsas məqsədi gənclərin kosmonavtika və astronomiya sahəsinə marağının artırılması, onların müasir astronomiya ilə bağlı elmi nailiyyətlər barədə məlumatlandırılması, eləcə də elmi-tədqiqat fəaliyyətinə təşviq edilməsi olub.

Tədbirin rəsmi hissəsi aparıcının iştirakçıları salamlaması ilə başlayıb. Açılış zamanı kosmonavtikanın bəşəriyyətin elmi-texnoloji inkişafındakı rolu xüsusi vurğulanıb, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasının vacibliyi qeyd edilib.

Proqram çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Orxan Xəlilov açılış nitqi ilə çıxış edərək kosmik tədqiqatların strateji əhəmiyyətindən, bu istiqamətdə dünyada həyata keçirilən elmi fəaliyyətlərdən və beynəlxalq əməkdaşlıq imkanlarından bəhs edib. O, xüsusilə gənc nəslin elmə cəlb olunmasının gələcək elmi inkişaf üçün mühüm amil olduğunu diqqətə çatdırıb.

Daha sonra Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin Fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Gülnarə Quliyeva çıxış edərək müasir dövrdə fundamental elmlərin, xüsusilə fizika və astronomiyanın əhəmiyyətindən danışıb, tələbələrin elmi fəaliyyətə aktiv qoşulmasının vacibliyini vurğulayıb.

Tədbirin elmi hissəsi çərçivəsində bir sıra aktual mövzular üzrə məruzələr təqdim olunub. ŞAR-ın elmi işçisi  Aysel Rüstəmova və Sumqayıt Dövlət Universitetinin III kurs tələbəsi Duyğu İslamova tərəfindən “Kosmonavtikanın tarixi və inkişaf yolu” mövzusunda çıxış edilib. Məruzədə kosmonavtikanın formalaşma mərhələləri, ilk kosmik uçuşlar və bu sahədə əldə olunan mühüm nailiyyətlər geniş şəkildə təhlil olunub.

Ardınca ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli və Sumqayıt Dövlət Universitetinin III kurs tələbəsi Həsən Hidayətov “Müasir kosmik missiyalar və onların məqsədi” mövzusunda təqdimatla çıxış edərək hazırda həyata keçirilən beynəlxalq kosmik proqramlar, planetar tədqiqatlar, peyk texnologiyaları və onların elmi-praktiki əhəmiyyəti barədə ətraflı məlumat veriblər.

Daha sonra ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Aytac İskəndərova və Sumqayıt Dövlət Universitetinin III kurs tələbəsi Təhminə Həsənova tərəfindən “Kosmosda həyatın mümkünlüyü və astrobioloji araşdırmalar” mövzusunda məruzə təqdim olunub. Məruzədə kainatda həyatın yaranma ehtimalı, yaşayışa yararlı zonalar, ekstremofil orqanizmlər və bu istiqamətdə aparılan müasir elmi tədqiqatlar haqqında geniş məlumat verilib.

Tədbirin rəsmi hissəsi “Kainata Doğru” adlı elmi-populyar filmin nümayişi ilə davam etdirilib. Film vasitəsilə iştirakçılar kosmosun dərinlikləri, kainatın quruluşu və müasir kosmik tədqiqatların nəticələri ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, 2026