Ekskursiyalar Saytın xəritəsi
AZEN
Azərbaycanlı astronom NASA-da elmi tədqiqat aparır - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Azərbaycanlı astronom NASA-da elmi tədqiqat aparır
03.04.2026 10:04 / RƏSƏDXANA XƏBƏRLƏRİ Azərbaycanlı astronom NASA-da elmi tədqiqat aparır

Azərbaycanlı astrofizik, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı və Tusi-Bohm Planetariumunun direktoru Famil Mustafa hazırda ABŞ-da, NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində elmi tədqiqat fəaliyyətini davam etdirir. O, beynəlxalq SCOSTEP Visiting Scholar (SVS) proqramı çərçivəsində NASA-da elmi araşdırmalara cəlb olunub.

Tədqiqatın əsas mövzusu Günəşdə baş verən tac kütlə atılmaları (CME) və onların Yerə təsiri, xüsusilə geomaqnit fəallıqla əlaqəsinin öyrənilməsidir. Layihə çərçivəsində Günəş aktivliyini xarakterizə edən yeni göstəricilərin hazırlanması, bu göstəricilərin geomaqnit indeksləri ilə müqayisəsi və kosmik hava hadisələrinin proqnozlaşdırılması istiqamətində elmi işlər aparılır.

Qeyd edək ki, bu fəaliyyət yalnız fərdi uğur deyil, həm də Azərbaycan Astronomiya elminin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Famil Mustafanın NASA-da apardığı araşdırmalar ölkəmizin Günəş–Yer əlaqələri və kosmik hava sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə töhfədir.

Onu da vurğulmaq lazımdır ki, Famil Mustafa uzun illərdir həm elmi tədqiqat, həm də astronomiyanın təbliği sahəsində aktiv fəaliyyət göstərir. O, müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaqla yanaşı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində astronomiya dərnəklərinin, Azərbaycan Astronomiya Olimpiadasının və “Gələcəyin mühəndisi” müsabiqəsinin təşkilatçılarından biridir.

NASA-da həyata keçirilən bu elmi tədqiqatın nəticələri gələcəkdə həm elmi ictimaiyyət, həm də kosmik hava proqnozları ilə bağlı tətbiqi sahələr üçün faydalı olacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2026