Ekskursiyalar Saytın xəritəsi
AZEN
31 Mart - Azərbaycanlıların Sıyqırımı Günüdür - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
31 Mart - Azərbaycanlıların Sıyqırımı Günüdür
31.03.2026 11:03 / MÜHÜM HADİSƏLƏR 31 Mart - Azərbaycanlıların Sıyqırımı Günüdür

31 mart Azərbaycan xalqının tarixində ən faciəli və ağrılı günlərdən biri kimi anılır. 1918-ci ilin mart-aprel aylarında erməni-bolşevik silahlı birləşmələri tərəfindən azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğınlar, etnik təmizləmə siyasəti və insanlığa sığmayan vəhşiliklər xalqımızın yaddaşında silinməz iz buraxmışdır.

Həmin dövrdə regionda mürəkkəb siyasi proseslərin fonunda, əks-inqilabi qüvvələrlə mübarizə bəhanəsi altında Bakı Kommunası tərəfindən planlı şəkildə həyata keçirilən zorakılıqlar nəticəsində Bakı şəhərində və Azərbaycanın digər bölgələrində – Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda dinc əhaliyə qarşı genişmiqyaslı qırğınlar törədilmişdir. Bu hadisələr zamanı minlərlə insan yalnız milli və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri yerlə-yeksan edilmiş, evlər yandırılmış, tarixi-mədəni və dini abidələr dağıdılmışdır.

Tarixi mənbələr təsdiq edir ki, bu qırğınlar spontan deyil, əvvəlcədən hazırlanmış plan əsasında həyata keçirilmişdir. Hadisələrin əsas təşkilatçılarından biri olan Stepan Şaumyanın müxtəlif yazışmaları və dövrün digər sənədləri bu zorakılıqların məqsədyönlü xarakter daşıdığını açıq şəkildə göstərir. Qırğınlarda iştirak edən silahlı dəstələrin rəhbərlərinin sonrakı etirafları da həmin hadisələrin miqyasını və qəddarlığını bir daha təsdiqləyir.

Xüsusilə Şamaxı qəzasında baş verən hadisələr öz amansızlığı ilə seçilmişdir. Fövqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış materiallara əsasən, 1918-ci ilin mart-aprel aylarında bu bölgədə minlərlə dinc sakin qətlə yetirilmiş, yüzlərlə kənd və yaşayış məntəqəsi dağıdılmışdır. Quba qəzasında törədilən qırğınlar nəticəsində çoxsaylı yaşayış məntəqələri məhv edilmiş, əhali xüsusi qəddarlıqla öldürülmüşdür. Qarabağ və Zəngəzur bölgələrində isə onlarla kənd tamamilə yandırılmış, əhali kütləvi şəkildə qətlə yetirilmiş və sağ qalanlar doğma yurdlarından didərgin salınmışdır.

Zəngəzur qəzasında yüzdən artıq azərbaycanlı kəndinin məhv edilməsi, minlərlə kişinin, qadının və uşağın qətlə yetirilməsi, həmçinin İrəvan quberniyasında yüzlərlə yaşayış məntəqəsinin dağıdılması bu hadisələrin geniş coğrafiyanı əhatə etdiyini göstərir. Bütün bu faktlar azərbaycanlılara qarşı sistemli şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi olmuşdur.

1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyası bu hadisələrin araşdırılması istiqamətində mühüm işlər görmüş, çoxsaylı sənədlər və faktlar toplanmışdır. Lakin sonrakı dövrlərdə bu həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması uzun müddət mümkün olmamışdır.

Tarixi faktların müxtəlif elmi əsərlərdə, arxiv materiallarında və beynəlxalq nəşrlərdə əksini tapmasına baxmayaraq, təəssüf ki, Azərbaycanlıların Soyqırımı bu günədək dünya miqyasında tam hüquqi-siyasi qiymətini almamışdır. Bu isə tariximizin bu faciəli səhifəsinin daha geniş şəkildə tədqiqi və beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyini bir daha ön plana çıxarır.

Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı hadisələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə verilmiş, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi təsbit edilmişdir. Bu qərar tarixi yaddaşın bərpası, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və bu həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan xalqı həmin faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad edir, tariximizin bu qanlı səhifəsini unutmamağın və onu gələcək nəsillərə düzgün şəkildə çatdırmağın vacibliyini bir daha vurğulayır.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kollektivi olaraq, biz də Azərbaycanlıların Soyqırımı qurbanlarını dərin hüzn və ehtiramla anırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2026