Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxananın gənc alimləri Sumqayıt Dövlət Universitetində elmi-populyar tədbir keçirib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxananın gənc alimləri Sumqayıt Dövlət Universitetində elmi-populyar tədbir keçirib
06.03.2026 10:03 / TƏDBİRLƏR Rəsədxananın gənc alimləri Sumqayıt Dövlət Universitetində elmi-populyar tədbir keçirib

5 mart 2026-cı il tarixində Beynəlxalq Astronomiya İttifaqının (International Astronomical Union) “The Women and Girls in Astronomy” təşəbbüsü çərçivəsində “Qadın və Elm: Güc, Zəka və Zəriflik” adlı elmi-populyar tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində baş tutub.

Təşəbbüsün məqsədi qadınların elmdə rolunun təşviqi, gənc qızların elm və tədqiqat sahələrinə marağının artırılması, həmçinin onların elmi potensialının dəstəklənməsi olub.

Tədbirin rəsmi hissəsi aparıcının iştirakçıları salamlaması ilə başlayıb. Açılışda qeyd olunub ki, müasir dövrdə qadınların elmə verdiyi töhfələr getdikcə artır və onların müxtəlif elmi sahələrdə fəaliyyəti cəmiyyətin inkişafına mühüm təsir göstərir.

Proqram çərçivəsində universitetin Təbiət elmləri fakültəsinin Fizika kafedrasının müdiri, dosent Gülnarə Quliyeva “Elmdə qadınların rolu və innovativ inkişaf perspektivləri” mövzusunda çıxış edərək qadın alimlərin elmi tədqiqatlara verdiyi töhfələrdən, eləcə də elmin inkişafında qadınların rolunun gücləndirilməsinin vacibliyindən danışıb.

Daha sonra “Kosmologiyada qadının rolu” adlı video-çarx nümayiş etdirilib. Video-çarxda müxtəlif dövrlərdə elmə mühüm töhfələr vermiş qadın alimlərin fəaliyyəti və onların elmi nailiyyətləri haqqında məlumat təqdim olunub.

Tədbirdə həmçinin ŞAR-ın elmi işçisi Ülviyyə Bəşirova “Elm və təhsildə qızların inteqrasiyası: müasir çağırışlar və imkanlar” mövzusunda məruzə ilə çıxış edib. O, qızların STEM sahələrinə cəlb olunmasının əhəmiyyəti, bu istiqamətdə mövcud imkanlar və gələcək perspektivlər barədə fikirlərini bölüşüb.

ŞAR-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli isə “Gənc qızların elmi potensialının reallaşdırılması: təhsil və tədqiqat mühiti” mövzusunda çıxış edərək gənclərin elmi fəaliyyətə cəlb olunmasının vacibliyindən, elmi mühitin formalaşdırılmasında mentorluğun rolundan və gənc qızların elmə marağının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərdən bəhs edib.

Tədbirin sonunda iştirakçılar tərəfindən könüllü çıxışlar səsləndirilib, elmdə qadınların rolunun gücləndirilməsi və gənc nəslin bu sahəyə təşviqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və qadınların elmi fəaliyyətə cəlb olunmasının təşviqi baxımından mühüm platforma kimi qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2026