Ekskursiyalar Saytın xəritəsi
AZEN
Qanimedin maqnit sahəsinin quruluşu detallı tədqiq olunub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Qanimedin maqnit sahəsinin quruluşu detallı tədqiq olunub
06.03.2026 09:03 / ASTRO XƏBƏRLƏR Qanimedin maqnit sahəsinin quruluşu detallı tədqiq olunub

İlk dəfə olaraq Yupiterin ən böyük peyki olan Qanimed üzərində müşahidə olunan qütb parıltılarının incə quruluşu detallı şəkildə araşdırılıb və onların Yer kürəsindəki qütb parıltıları ilə demək olar ki, eyni fiziki mexanizmlərlə yarandığı müəyyən olunub. Yuno kosmik zondunun əldə etdiyi müşahidə materiallarının təhlili göstərir ki, tamamilə fərqli kosmik mühitə baxmayaraq, Günəş sisteminin ən böyük peykinin maqnitosferində baş verən proseslər prinsip etibarilə Yerə çox bənzəyir.

Qanimed Günəş sisteminin ən böyük peykidir. O, Merkuridən belə böyükdür. Yupiterin ən böyük 4 peyki Qanimed, Kallisto, Avropa və İo peykləri 1610-cu ildə məşhur astronom Qalileo Qaliley tərəfindən kəşf edilmişdir.

Bu peykin ən maraqlı xüsusiyyətlərindən biri onun özünəməxsus maqnit sahəsinə malik olmasıdır. Günəş sistemində maqnit sahəsi adətən yalnız böyük planetlərdə müşahidə olunur. Qanimedin maqnit sahəsinin mövcudluğu isə onun qütb parıltılarının yaranmasına şərait yaradır.

Qütb parıltıları Günəşdən gələn plazma selinin planetin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Bu zaman maqnit sahəsi ilə qarşılıqlı təsirə girən elektronlar maqnit qüvvə xətləri boyunca qütblərə yönəlir. Onlar atmosferə daxil olaraq oksigen və azot atomlarını həyəcanlandırır. Həyəcanlanmış atomlar əsas enerji səviyyəsinə qayıdarkən enerji şüalandırır və nəticədə qütb parıltıları yaranır.

Lakin Qanimeddə vəziyyət bir qədər daha mürəkkəbdir. Peyk güclü maqnit sahəsinə malik Yupiterin maqnitosferində yerləşdiyi üçün o, birbaşa Günəş küləyi ilə deyil, əsasən Yupiter ətrafında dövr edən plazma axınları ilə qarşılıqlı təsirdə olur. Qanimedin seyrək atmosferi isə əsasən oksigen molekullarından ibarətdir.

Yuno missiyasından əvvəl Qanimeddə qütb parıltılarının mövcudluğu tam təsdiqlənməmişdi və bu sadəcə peykin müşahidəsi əsasında yürüdülən ehtimal idi. 2011-ci ildə buraxılmış Yuno kosmik zondunun əsas məqsədi Yupiteri tədqiq etmək idi və aparat planetə çatmaq üçün təxminən 5 il yol qət etmişdi. Daha sonra missiyanın müddəti uzadıldı və zond Yupiterin böyük peykləri olan Qanimed, Avropa və İonun yaxınlığından keçərək əlavə müşahidələr aparmağa başladı.

2021-ci ildə Qanimedin yaxınlığından keçən Yuno aparatı ultrabənövşəyi diapazonda müşahidələr apardı. Bu müşahidələr göstərdi ki, peykin qütb parıltıları əvvəl düşünüldüyü kimi bütöv qövs formasında deyil, bir-birinə bağlı parlaq ləkələr zənciri şəklindədir. Oxşar struktur Yer kürəsində lokal geomaqnit qasırğaları zamanı müşahidə olunur. Bu hadisə maqnit sahəsində baş verən lokal pozuntuların sürətlə bərpa olunması nəticəsində formalaşır.

Lakin Yuno aparatının Qanimedin yaxınlığından uçuşu cəmi təxminən 15 dəqiqə davam etdiyi üçün bu parıltıların nə qədər tez-tez yarandığı, necə dəyişdiyi və Yupiterin aktivliyindən hansı dərəcədə asılı olduğu hələ də tam aydın deyil.

2031-ci ildə Avropa Kosmik Agentliyi tərəfindən həyata keçiriləcək JUICE missiyası Yupiter sisteminə çatacaq, Qanimed, Kallisto və Avropa peyklərini daha ətraflı araşdıracaq. Bu missiyanın nəticələri Qanimedin maqnit sahəsinin quruluşunu və onun qütb parıltılarının yaranma mexanizmini daha dəqiq anlamağa imkan verəcək.

Qeyd edək ki, tədqiqat işi “Astronomy & Astrophysics” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2026