Ekskursiyalar Saytın xəritəsi
AZEN
Görkəmli astrofizik alimin 75 yaşı tamam olur - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Görkəmli astrofizik alimin 75 yaşı tamam olur
02.03.2026 09:03 / MÜHÜM HADİSƏLƏR Görkəmli astrofizik alimin 75 yaşı tamam olur

Bu gün tanınmış astrofizik, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin müdiri, astronomiya elmləri doktoru Canməmməd Nizam oğlu Rüstəmovun 75 yaşı tamam olur.

Canməmməd Nizam oğlu Rüstəmov 02 mart 1951-ci il tarixində Şamaxı rayonunun Qurbançı kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə daxil olub. Fizika fakültəsinin nəzdində olan Astrofizika kafedrasında astrofizik kimi hazırlanmış və maqnit ulduzlarının spektral tədqiqinə həsr olunmuş diplom işini f.r.e.d. İ.Ə.Aslanovun  rəhbərliyi altında yerinə yetirmişdir. Astrofizika kafedrasında f.r.e.d. R.Hüseynov, f.r.e.n. T.Əfəndiyev, f.r.e.d. C.Quluzadə, f.r.e.d. İ.Aslanov kimi tanınmış astronomlardan dərs almışdır. 1973-cü ildə BDU-nun Fizika fakültəsini bitirdikdən sonra 4 il orta məktəbdə fizika-riyaziyyat müəllimi işləmiş və 1977-ci ildən hal-hazırkı dövrə kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi fəaliyyətə məşğuldur:

1977-1982 –  “Ulduzların spektrofotometrik tədqiqi” laboratoriyasında kiçik elmi işçi;

1982-1986 – “Geniş örtüklü ulduzlar” laboratoriyasının müdir müavini;

1986-1989 – “Astronomik texnikanın modrnləşdirilməsi və təkmilləşdirilməsi” şöbəsinin müdiri;

1989-1993 – “Ulduz və dumanlıqlar” şöbəsində elmi işçi;

1993-2008  – “Səma cisimlərinin spektroskopiyası” şöbəsində böyük elmi işçi;

2008-2011  – “Səma cisimlərinin spektroskopiyası” şöbəsində aparıcı elmi işçi;

2011-2017  – “Səma cisimlərinin spektroskopiyası” şöbəsinin müdiri;

2017- bu günədək  – “Ulduz atmosferləri fizikası və magnetizm” şöbəsinin müdiri.

C.N.Rüstəmov elmi fəaliyyətinin ilk üç ilində (1977-1980) f.r.e.d. İ.Aslanovun rəhbərliyi altında maqnit ulduzlarının ŞAR-ın 2-m teleskopunda spektral müşahidələrini aparmış və alınmış spektrlərin tədqiqi ilə məşğul olmuşdur. 1980-cı ildən isə Moskva Dövlət Universitetinin nəzdində olan Astronomiya Institunun professoru, Rusiya EA akademiki A.M.Çerepaşukun rəbərliyi altında Volf-Raye (WR) tipli ulduzların tədqiqinə başlamışdır. Bu ulduzlar müasir astronomiyanın ən ekzotik obyektləridir və təkamülün son mərhələsində neyron ulduzlarına yaxud qara dəliklərə çevrilir. Ona görə də WR ulduzlarının tədqiqi xeyli aktualdır. C.N.Rüstərmov ilk vaxtlar akademik A.M.Çerepaşukun məsləhəti ilə spektrində oksigenin yüksək həyəcanlanma potensialına (~ 186 eV) uygun OVI ll3811, 3834 şüalanma dubleti müşahidə olunan WR ulduzlarının spektral tədqiqi ilə məşğul olmağa başlamışdır. Hələ keçən əsrin 30-cu illərində WR ulduzları iki ardıcıllığa bölünmüşdü, azot və karbon ardıcıllığına. Lakin keçən əsrin 80-cı illərində üçüncü ardıcıllığa – oksigen ardıcıllığna mənsub olan ulduzların müvcudluğu məlum oldu. Bununla əlaqədar spektrində OVI ll3811, 3834 şüalanma dubleti müşahidə olunan WR ulduzlarının tədqiqi mühüm əhəmiyyət kəsb edirdi. C.N.Rüstəmov akademik A.M.Çerepaşukun rəhbərliyi altında bu ulduzların spektral tədqiqinə başladı və ilk dəfə spektrində müxtəlif intensivlikli OVI ll3811, 3834 şüalanma dubleti müşahidə olunan WR ulduzlarının kataloqu tərtib olundu. Bu kataloqa daxil olan HD 16523 və HD 17638 ulduzlarının 2-m teleskopda spektral, 70-sm teleskopda isə fotometrik müşahidələri aparıldı. Alınan spektrlərin təhlili nəticəsində bu ulduzların spektrində ilk dəfə OVI ll3811, 3834 şüalanma dubletinin qısa müddətli spektral dəyişkənliyi aşkar edildi. Spektral əlamətlərinə görə WC(WC4-WC6) ulduzları ilə  WO(WO3-WO4) ulduzlarının aralıq halına uyğun gələn WR ulduzlarının spektral təsnifi üçün ilk dəfə yeni spektral tip (WO5 tipi) irəli sürülmüş və bu spektral tipi müəyyən edən kriteriyalar verilmişdir. Göstərilmişdir ki, ən intensiv OVI ll3811, 3834 şüalanma dubleti xətləri WC4, WC5 spektral tiplərinə mənsub olan ulduzlarda müşahidə olunur və WC7, WC8 spektral tiplərində bu şüalanma dubletinin intensivliyi tədricən azalır və müşahidə olunmur.

C.N.Rüstəmov 1988-ci ildə Rusiya EA akdemiki, f.r.e.d., prof. A.M.Çerepaşukun rəhbərliyi altında Estoniya EA Astrofizika və Atmosfer Fizikası İnstitunun Elmi Şurasında “Anomal spektrli Volf-Raye tipli ulduzların spektral və fotometrik xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və 30 noyabr 1988-ci il tarixində göstərilən elmi şuranın qərarı ilə (protokol №  39/73) fizika-riyaziyyat elmləri namizədi (01.03.02- Astrofizika) elmi dərəcəsi almışdır.  Dissertasiya işində spektrində OVI ll3811, 3834 şüalanma dubleti müşahidə olunan HD 16523 və HD 17638 ulduzlarının həm də qarışıq spektral sinfə (WN+WC) mənsub olan WR145=AS422 ulduzunun spektral və fotometrik tədqiqinin nəticələri verilmişdir.

2000-ci ilin əvvəllərindən başlayaraq artıq astronomik tədqiqatlrda yeni nəsil işıqqəbuledicilərin, CCD matrislərin geniş tətbiqi ilə əlaqədar olaraq müşahidələr eşelle spektrometrlərdə və CCD fotometrlərdə aparılağa başladı. C.N.Rüstəmov 2005-ci ildən başlayaraq WR ulduzlarının 2-m teleskopda eşelle spektrometrlə, 60-sm teleskopda isə CCD fotometrlə müşahidələrini davam etdirdi. Tədqiqat obyektləri təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlər oldu. Məlumdur ki, massiv sıx qoşa sistemlər ilkin mərhələdə O spektral sinfinə mənsub olan iki ulduzdan ibarətdir. Mühüm elmi maraq kəsb edən spektral qoşa beta Lyr ulduzunun ŞAR-ın 2-m teleskopunda alınmış eşelle spektrlərini tədqiq edərək mühüm elmi nəticələr əldə etmişdir.

09 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofızıka Rəsədxanasının nəzdində fəaliyyət göstərən BED 3.05 Dissertasiya Şurasında “Təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin spektral və fotometrik xüsusiyyətləri” mövzusunda 2108.01 – Astrofizika və ulduz astronomiyası ixtisasında astronomiya elm sahəsi üzrə elmlər doktoru dissertasiyası müdafiə etmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 iyun 2023-cü il tarixli qərarı ilə astronomiya elmləri doktoru elmi dərəcəsi almışdır.

Elmi maraq dairəsi. C.N.Rüstəmovun elmi maraq dairəsinə təkamülün müxtəlif mərhələlərində olan massiv sıx qoşa sistemlərin, xüsusilə bu sisemlərə daxil olan Volf-Raye tipli ulduzların və massiv rentgen mənbələrinin spektral və fotometrik tədqiqi, massiv sıx qoşa sistemlərin daxil olduğu spiral qalaktikaların təkamül xüsusiyyətlərinin tədqiqidir. AMEA N.Tusi adına ŞAR-ın 2-m, 70-sm və 60-sm teleskoplarında aprılmış uzunmüddətli bircins spektral və fotometrik müşahidə materiallarını təhlil edərək bir sıra mühüm elmi nəticələr almışdır. 2005-ci ilə qədər olan müşahidələr klassik spektroqraf və fotometrlə, 2005-ci ildən sonra isə ŞAR-ın 2-m və 60-sm teleskoplarında spektral və fotometrik müşahidələri müasir işıqqəbulediciləri (CCD) ilə təchiz edilmiş eşelle spektroqraf və fotometrlə davam etdirmiş, alınmış rəqəmsal təsvirləri təhlil edərək bir sıra mühüm elmi əhəmiyyət kəsb edən maraqlı nəticələr əldə etmişdir. Elmi tədqiqat işlərində həmişə qabaqcıl dünya rəsədxanalarında istifadə olunan və sınaqdan çıxmış üsullardan istifadə etmişdir. C.N.Rüstəmov  ŞAR-ın tədqiqat planına daxil olan “Geniş örtüklü ulduzlarda və massiv rentgen mənbələrində baş verən qeyri-stasionar proseslərin araşdırılması” mövzusunun və “Volf-Raye tipli ulduzların və massiv rentgen mənbələrinin spektral və fotometrik tədqiqi”  işinin rəhbəridir, Volf-Raye tipli və ifratnəhəng ulduzların, massiv rentgen mənbələrinin  spektral və fotometrik tədqiqi sahəsində aparıcı mütəxəssisdir.

Xarici ölkə astronomları ilə əməkdaşlıq. C.N.Rüstəmov astrofizika sahəsində ixtisaslaşmış xarici və yerli elmi jurnallarda dərc olunmuş 60 elmi məqalənin, “Основные наблюдательные особенности звезд типа Вольфа-Райе” adlı monoqrafiyanın müəllifi və qızı Ülviyyə Rüstəmova ilə birgə “Kainatın dərk olunması mərhələləri” kitabının həmmüəllifidir.  Dəfələrlə Respublika və Beynəlxalq elmi konfranslarında elmi məruzələrlə çıxış etmişdir. Xarici ölkə astronomları ilə geniş elmi əməkdaşlıq edir. Kanadanın Monreal Universitetinin, Moskva Dövlət Universitetinin, Kazan Federal Universitetinin, Çexoslovakiyanın Ondrjeyev rəsədxanasının, Estonuyanın Tartu Rəsədxanasının astronomları ilə birgə elmi tədqiqat işləri aparir. Avropanın İsveçrədəki Nüvə tədqiqatı mərkəzi (CERN), Almaniyanın ağır ionların tədqiqi mərkəzi ilə elmi əlaqələri var. Volf-Raye tipli ulduzlar və sıx qoşa sistemlərin tədqiqi Moskva Dövlət Universiteti nəzdindəki P.K.Şternberq adına Astronomiya İnstitunun professoru, akademik A.M.Çerepaşuk və onun qrupu ilə birgə yerinə yetirilmişdir. Avropa nüvə tədqiqatları mərkəzinin (CERN) əməkdaşları ilə birgə Kainatın yaranışı ilə əlaqədar olan Böyük Partlayışı araşdırır. Bu araşdırmalar nəticəsində spiral qalaktikaların mənşəyi ilə əlaqədar mühüm əhəmiyyət kəsb edən elmi nəticə almışdır. Belə ki, C.N.Rüstəmov hesab edir ki, qalaktikaların spiral quruluşunun “rüşeymi” Böyük Partlayışın ilkin mikrosaniyələrində formalaşır.

C.N.Rüstəmovun 2018-ci idə təqdim etdiyi layihə Avropanın Meqaqrantı olan HORİZON 2020-nin qalib layihələrindən biri olmuşdur. Layihənin icra müddəti 01.01.2019-cu il tarixindən 31.12.2022-ci ilə kimi olsa da pandemiya ilə əlaqədar 2024-cü ilə qədər uzadılmışdır. 2019-2024-cü illər ərzində ŞAR-ın 8 gənc astronomu qabaqcıl Avropa rəsədxanalarında uzunmüddətli elmi ezamiyyətlərdə olmuş,  eləcə də həmin rəsədxanaların astronomlarının ŞAR-a elmi səfərləri baş tutmuşdur. Bunun nəticəsində ŞAR-ın xarici elmi əlaqələri xeyli genişlənmişdir.

C.N.Rüstəmov 2015-ci ildə Kanadanın Monreal Universitetinin professoru, A.M.Moffatın dəvəti ilə həmin Universitetdə olub. Onların nanopeyklər vasitəsi ilə apardığı müşahidələr, bu sahədəki elmi tədqiqat işləri ilə tanış olmuş və bu istiqamətdə işlər Estoniyanın Tartu Universiteti əməkdaşları ilə davam etdirilmişdir.

24 iyul 2020-ci il tarixdə Azərbaycanda astronomiya elminin inkişafındakı xidmətlərini nəzərə alaraq və AMEA-nın 75 illiyi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası Fizika-Riyaziyyat və Texniki Elmləri Bölməsinin FƏXRİ FƏRMANI ilə təltif olunmuşdur.

2004-cü ildən ŞAR Elmi Şurasının üzvüdür.

2014-2018-ci illərdə BDU-nun Fizika fakultəsində, ingilis dili qrupunda, ümumi astronomiyadan mühazirə dərslər aparıb.

N.Tusi adına ŞAR-da fəaliyyət göstərən FD 1.39 Fəlsəfə Doktoru Dissertasiya Şurasının üzvüdür, bu Dissertasiya Şurasının bir neçə Seminarının sədri olmuşdur.

İngilis və rus dillərini sərbəst bilir.

2 oğlu bir qızı, 7 nəvəsi var.

Qızı Rüstəmova (Poladova) Ülviyyə Canməmməd qızı, astronomiya üzrə fəlsəfə doktorudur, 1974-cü ildə Şamaxı rayonunun Qurbançı kəndində anadan olub, BDU-nun Tətbiqi Riyaziyyat və kibernetika fakültəsinin bakalavr və magistr pillələrini bitirmiş, Azərbaycan Respublikası ŞAR-da elmi işçi  işləyir.

Oğlu Rüstəmov Anar Canməmməd oğlu, 1977-ci ildə Şamaxı rayonunun Qurbançı kəndində anadan olub, BDU-nun Fizika fakültəsini bitirmiş, fizika üzrə elmlər doktoru, professordur, hal-hazırda Avropa Nüvə Tədqiqatları Təşkilatında (CERN) işləyir.

Oğlu Rüstəmov Nəbi Canməmməd oğlu 1980-cı ildə Şamaxı rayonunun Qurbançı kəndində anadan olub, Azərbaycan Tibb Universitetini Müalicə Profilaktika fakültəsini nevropotoloq ixtisası üzrə bitirmış, Almaniyanın Hannover şəhərindəki Nevrologiya mərkəzində dissertasiya müdafiə etmiş, tibb üzrə fəlsəfə doktorudur, hal-hazırda Amerikada Vaşinqton Universiteti nəzdindəki klinikada işləyir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2026