Ekskursiyalar Saytın xəritəsi
AZEN
Sabah cari ilin ilk Ay tutulması olacaq - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Sabah cari ilin ilk Ay tutulması olacaq
02.03.2026 12:03 / ASTRO TƏQVİMLƏR Sabah cari ilin ilk Ay tutulması olacaq

Mart ayının 3-də 2026-cı ilin ilk Ay tutulması hadisəsi olacaq. Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək. Tutulmanın makisumumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanın işıqlı vaxtına düşdüyü üçün tutulma hadisəsini izləmək mümkün olmayacaq.

Ay tutulması zamanı Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması yalnız tam Ay fazasında baş verir. Tam Ay tutulması təxminən 105 dəqiqəyə qədər davam edə bilir. Günəş tutulmasından fərqli olaraq Ay tutulması Ayın üfüqdən yuxarıda olduğu hər yerdən müşahidə oluna bilər.

“Qanlı Ay” kimi bilinən hadisə də məhz  tam Ay tutulması zamanı baş verir və Ayın rəngi qırmızı çalara boyanır. Bunun səbəbi tutulma zamanı Yer atmosferindən keçən Günəş şüalarının ancaq uzundalğalı hissəsinin Ayın səthinə çata bilməsidir ki, bu zaman qırmızı çalara bürünür.

Qeyd edək ki, Ay tutulması 3 cür olur. Belə ki, Tam Ay tutulması zamanı Ay tamamilə Yerin tam kölgəsinə keçdikdə müşahidə olunur. Qismən Ay tutulması zamanı isə Ay Yerin kölgəsinə qismən keçir. Yarımkölgəli Ay tutulmasında isə  Ay ancaq Yerin yarımkölgəsinə daxil olduğu zaman baş verir. Bu zaman Ay bir az tündləşir ki, bu fərqi insan gözü ilə seçmək çətin olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2026