Ekskursiyalar Saytın xəritəsi
AZEN
Sabah planetlərin paradı olacaq - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Sabah planetlərin paradı olacaq
27.02.2026 11:02 / ASTRO TƏQVİMLƏR Sabah planetlərin paradı olacaq

Fevral ayının 28-də çox maraqlı astronomik hadisə olan “Planetlər paradı” fenomeni baş verəcək. Bu zaman Merkuri, Venera, Neptun, Saturn, Uran və Yupiter Günəş batdıqdan bir qədər sonra səmada bir düz xətt boyunca sıralanmış şəkildə görünəcəklər. Paradı növbəti bir neçə gün ərzində də müşahidə etmək mümkün olacaq.

Həmin gün Günəş saat 18:30-da batacaq ki, müşahidə üçün ən əlverişli vaxt da məhz Günəşin batmasından dərhal sonrakı dövrdür. Mars isə saat 17:28-də batdığı üçün sözügedən paradda iştirak etməyəcək. Venera saat 19:31-də, Merkuri isə saat 19:37-də batdığından, paradı izləmək üçün uyğun zaman intervalı 18:30–19:37 aralığıdır. Ümumilikdə, Günəş batdıqdan sonra ilk 30-40 dəqiqə ərzində müşahidə aparmaq daha məqsədəuyğundur. Çünki sonra planetlərin hamısını eyni anda səmada görmək mümkün olmayacaq.

Qeyd etmək lazımdır ki, Merkuri və Venera Günəşə yaxın yerləşdiklərinə görə, Saturn isə hazırda Yerdən müşahidə üçün əlverişsiz mövqedə olduğuna görə adi gözlə o qədər də aydın seçilmirlər. Uran və Neptunu isə yalnız kiçik teleskoplar vasitəsilə müşahidə etmək mümkündür.

“Planetlərin paradı” bir neçə formada baş verə bilər. Mini parad –  3 planetin,  Kiçik parad - 4 planetin, Böyük parad - 5 və ya 6 planetin, Tam parad - bütün 7 planet və bəzən Plutonun da Yer səmasında eyni xətt boyunca düzülməsi müşahidə edilir. 

Onu da vurğulayaq ki, planetlərin paradı tamamilə vizual xarakter daşıyır. Yer səmasında onlar ardıcıl düzülmüş kimi görünsələr də, kosmosda planetlərin real konfiqurasiyası fərqli olur. Cari konfiqurasiyanı müvafiq keçid vasitəsilə izləmək mümkündür. Bundan başqa, planetlərin səmadakı mövqeyini daha asan müəyyənləşdirmək üçün Sky Map, Stellarium və ya Sky Tonight kimi tətbiqlərdən istifadə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2026