Ekskursiyalar Saytın xəritəsi
AZEN
Artemis II missiyasının uçuş sınaqları başlayıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Artemis II missiyasının uçuş sınaqları başlayıb
20.02.2026 14:02 / ASTRO XƏBƏRLƏR Artemis II missiyasının uçuş sınaqları başlayıb

Artemis II missiyasında istifadə oluncaq "Space Launch System" (SLS) daşıyıcısının yanacaq doldurulmasının ikinci test mərhələsi üçün geri sayım başlayıb və fevralın 20-si saat 05:30-da testə start verilib. Birinci yoxlama zamanı hidrogen sızması və digər texniki nasazlıqlar qeydə alınmışdı. Kosmik gəminin hazırlıq prosesinin canlı yayımı yanvarın 27-dən etibarən YouTube platforması üzərindən təqdim olunur.

Yanvarın 23-də NASA-nın Artemis II missiyasının ekipajı rəsmi olaraq karantinə yerləşdirilib. Astronavtlar Hyustonda yerləşən Conson  Kosmik Mərkəzində xüsusi hazırlıq mərhələsinə başlayıblar və Artemis II simulyatorunda məşqlər aparırlar. Missiyada dörd astronavt - Reyd Uayzman, Kristina Kox, Ceremi Hansen və Viktor Qlover iştirak edir. Qaydalara əsasən, astronavtlar uçuşa təxminən 14 gün qalmış karantinə alınır. Bu prosedur həm sağlamlıq risklərini minimuma endirmək, həm də orqanizmin uçuş şəraitinə uyğunlaşmasını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, 1972-ci ildə başa çatan Apollo proqramından sonra Artemis proqramı insanlı Ay uçuşlarını yenidən bərpa etməyi hədəfləyir. Baxmayaraq ki, Artemis II missiyası insanlı uçuş olacaq, lakin bu mərhələdə Ay səthinə eniş nəzərdə tutulmur. Ümumi uçuş müddəti 10 gün olacaq bu missiyanın əsas məqsədi ekipajlı uçuş zamanı bütün sistemlərin sınaqdan keçirilməsidir. Aya enişin isə növbəti missiyalarda - 2027 və ya 2028-ci ildə həyata keçirilməsi planlaşdırılır.  

Astronavtlar "Space Launch System" (SLS) daşıyıcısı vasitəsilə orbitə çıxarılacaq və Orion kosmik gəmisində Ay ətrafında uçuş həyata keçirəcəklər. Orion kosmik gəmisində 2022-ci ildə baş tutmuş uçuşdan sonra bir sıra texniki təkmilləşdirmələr aparılıb ki, manevrlər daha təhlükəsiz və yumşaq şəkildə icra olunsun. Gəminin Ayın orbitində təxminən bir sutka qalması və Aya eniş üçün sistemlərin detallı yoxlanılması planlaşdırılır.

NASA-nın əsas hədəflərindən biri Ayın cənub qütbü yaxınlığında eniş etməkdir. Bunun səbəbi həmin bölgədə buz halında suyun mövcudluğu ehtimalıdır. Bu resurs gələcək uzunmüddətli missiyalar üçün strateji əhəmiyyət daşıyır.

Növbəti mərhələdə Ay orbitində Lunar Gateway stansiyasının qurulması nəzərdə tutulur. Bu stansiya gələcəkdə həm Ay missiyaları, həm də Mars istiqamətində planetlərarası uçuşlar üçün tranzit stansiya və Ayda aparılacaq layihələr üçün mərkəz rolunu oynayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2026