
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmişdir. Alışmaların əsas hissəsi hələ də 4366 ləkə regionunda qeydə alınmışdır. Maksimal sinifli alışma M2.8 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R1 səviyyəli fasilələr qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 5 ləkə qrupunda 65 ləkə və transekvatorial Tac Dəliyi müşahidə olunur.
Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli əsasən yüksək səviyyələrdə olmuşdur və maksimal göstərici 1894 pfu qeydə alınmışdır. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.
Günəş küləyinin maksimal sürəti 753 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 557 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.62 nT, radial istiqamətdə isə -0.62 nT təşkil edir.
Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi 14-15 yanvarda G1-G2 səviyyəsinə yüksəlmiş, yəni zəif-orta intensivlikli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda Kp indeksinin göstəricisi 4.3-dür və kosmik aktivdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (16-22 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.
Günəş küləyinin sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yüksəkləcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 5-75%, orta geomaqnit enliklərdə isə 35-15%-dir.
Geomaqnit sahəsi – müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə bu gün və ya sabah G1 səviyyəli geomaqnit qasırğası gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.