Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib
19.01.2026 15:01 / TƏDBİRLƏR Şamaxı Astrofizika Rəsədxanasında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib

Yanvar ayının 19-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) və onun Bakı bölməsində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “Azərbaycan Xalqının Hüzn və Şərəf Tarixi” adlı tədbir keçirilib.

Hər iki tədbir 20 Yanvar faciəsi zamanı həyatını itirmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rəsədxananın Bakı bölməsində keçirilən tədbirdə ŞAR-ın baş direktoru, müxbir üzv Namiq Cəlilov çıxış edərək bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq, müstəqillik və suverenlik uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda şərəfli səhifələrindən biridir. O vurğulayıb ki, sovet ordusunun Bakıda törətdiyi qanlı qırğın xalqın iradəsini sındıra bilməmiş, əksinə, milli azadlıq hərəkatının daha da güclənməsinə səbəb olmuşdur. Bu faciə Azərbaycanın müstəqillik yolunda keçdiyi ağır, lakin şərəfli bir sınaqdır. 

“Elmi əlaqələr və təşkilati məsələlər” şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamal Hüseynov çıxışında qeyd edib ki, 20 Yanvar faciəsi təkcə hərbi-siyasi cinayət deyil, eyni zamanda beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının bariz nümunəsidir. O, həmin hadisələrin xalqın tarixi yaddaşında əbədi yaşayacağını və gənc nəsillərə müstəqilliyin hansı ağır qurbanlar hesabına əldə edildiyini daim xatırlatdığını vurğulayıb.

“Elmi nəticələrin işlənməsi və nəşr” sektorunun əməkdaşı Arif Qənbərov öz çıxışında vurğulayıb ki, 20 Yanvar hadisələri siyasi manipulyasiyaların xalq iradəsi qarşısında aciz qaldığını göstərmişdir. O, faciənin dərslərinin bu gün də aktual olduğunu, müstəqil dövlətçiliyin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti 20 Yanvar şəhidlərinin ideallarına sadiq qalaraq inkişaf yolunda inamla irəliləyir.

ŞAR-ın “Qalaktikalar və ulduzələməgəlmə prosesləri” şöbəsinin aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının milli kimliyinin və birliyinin formalaşmasında mühüm rol oynamışdır. Belə ki, həmin günlərdə nümayiş etdirilən həmrəylik və cəsarət sonrakı illərdə dövlət müstəqilliyinin bərpasına aparan yolun əsasını qoymuşdur.

Rəsədxananın Şamaxı bölməsində keçirilən analoji tədbirdə icraçı direktor, professor Nəriman İsmayılov 20 Yanvar şəhidlərinin qəhrəmanlığının və fədakarlığının xalqın yaddaşında əbədi yaşayacağını bildirib. O vurğulayıb ki, Ümumxalq Hüzn Gününün dövlət səviyyəsində qeyd olunması gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət daşıyır.

Sonra “Qalaktikalar və ulduzələməgəlmə prosesləri” şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Nazim Hüseynov 20 Yanvar faciəsinin başvermə səbəblərini tarixi və siyasi aspektdən təhlil edərək, sovet rəhbərliyinin apardığı yanlış və ədalətsiz siyasətin xalqı bu faciə ilə üz-üzə qoyduğunu qeyd edib. O bildirib ki, şəhidlərin qanı Azərbaycan xalqının azadlıq iradəsini daha da möhkəmləndirmişdir.

Növbəti çıxışçı – ŞAR “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin elmi işçisi Şəfəq İsmayılova öz nitqində 20 Yanvar hadisələrinin milli oyanışın və müstəqil dövlət quruculuğunun başlanğıc nöqtəsi olduğunu vurğulayıb. O, xalqın birlik nümayiş etdirməsinin tariximizin dönüş nöqtələrində həlledici rol oynadığını bildirib.

Hər iki tədbirdə çıxış etmək istəyən ŞAR əməkdaşlarına söz verilib, onların fikirləri tədbir iştirakçıları tərəfindən diqqətlə dinlənilib.

Tədbirlərin yekununda Bakıda Dağüstü parkda və Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərinin məzarları önünə tər güllər düzülərək əziz xatirələri ehtiramla anılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2026