Ekskursiyalar Saytın xəritəsi
AZEN
Habl teleskopu yeni obyekt kəşf edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Habl teleskopu yeni obyekt kəşf edib
09.01.2026 09:01 / ASTRO XƏBƏRLƏR Habl teleskopu yeni obyekt kəşf edib

Habl Kosmik teleskopu vasitəsilə müşahidələr aparan tədqiqat qrupu indiyə kimi nəzəri olaraq mövcud ola biləcəyi ehtimal olunan yeni tip obyekt tapıblar.  “Cloud-9” adı verilmiş obyekt İlkin kainatda formalaşmış ulduzlarsız, qazla və qaranlıq maddə ilə zəngin bulududur. Bu bulud ilkin qalaktikaların “qalığı” hesab olunur.

Komanda üzvlərinin fikrinə əsasən bu uğursuz bir qalaktikanın hekayəsidir. Belə ki, bu bulud ilkin qalaktikaların necə formalaşdığını göstərir və nəzəriyyəni təsdiq edir. Lakin onun kütləsi ulduz əmələ gətirmək üçün az, kosmosa yayılmaq üçün isə çoxdur. “Cloud-9”u struktur kimi formalaşdıran əsas nüans buludun kütlə payında qaranlıq maddənin üstünlük təşkil etməsidir. Kainatdakı maddənin əsas payının  qaranlıq maddə olduğu fərz olunsa da, onu  aşkar etmək çətindir. Çünki işıq yaymır və heç bir teleskop onu görə bilmir. “Cloud-9” isə qaranlıq maddənin üstünlük təşkil etdiyi nadir nümunədir. Ola bilsin ki, gələcəkdə o qalaktika kimi formalaşa biləcəkdir.

Nəzəri olaraq belə bir obyektlərin mövcudluğu irəli sürülsə də, müşahidədən onların mövcudluğunun bir sübutu yox idi. Obyektin ən büyük yerüstü teleskoplarla müşahidə olunmasına baxmayaraq, yalnız Habbl teleskopu vasitəsilə onun həqiqətən ulduzsuz olduğunu təsdiqləmək mümkün oldu. Bu obyekt digər teleskoplarla müşahidə olunsa idi onun sadəcə zəif cırtdan qalaktika olduğu qənaətinə gələcəkdik. Hablın üstünlüyü də obyektin ulduzlarının olmamasını göstərmək qabiliyyyətidir.

“Cloud-9” üç il əvvəl “FAST” (The Five-hundred-meter Aperture Spherical) radio teleskopu tərəfindən kəşf edilmişdir. Daha sonra ABŞ-dakı “Green Bank” və “VLT” (Very Large Telescope) teleskopları tərəfindən təsdiqlənmişdir. Obyektin adı “Messier 94” spiral qalaktikanın yaxınlığında olan buludlardan 9-cusu kimi identifikasiya olunması ilə bağlıdır. Müşahidə materiallarında onun qalaktika ilə fiziki əlaqədə olması görünür. Kəşf olunmuş bu yeni obyektin tipini “Reionlaşma ilə Limitlənmiş Məhdudlaşdırılmış HI Buludu” və ya qısa olaraq "RELHIC" (Reionization-Limited HI Cloud) kimi qəbul ediblər. H I termini neytral hidrogenə aiddir, "RELHIC" termini isə Kainatın ilk günlərindən qalma hidrogen buludunu, ulduz əmələ gətirməmiş qalığı ifadə edir.  Beləliklə, yeni təsnif olunmuş “RELHIC”lərin ulduzları əmələ gətirmək üçün kifayət qədər qaz toplaya bilməyən qaranlıq maddə buludları olduğu düşünülür. Onlar qalaktikaların əmələ gəlməsinin erkən mərhələsini təmsil edirlər. Bu bulud kainatda bir çox digər kiçik, qaranlıq maddənin dominantlıq etdiyi strukturların - digər uğursuz qalaktikaların mövcudluğunu göstərir.

Müşahidə baxımından, bu uğursuz qalaktikaları müəyyən etmək çətindir, çünki yaxınlıqdakı obyektlər onları işıqlandırır və ulduzsuz olmalarını rahatlıqla ayırd etmək olmur. “Cloud-9” gələcəkdə daha böyük bir qalaktika yarada bilər, bu, onun həcmindən asılıdır. Əgər daha böyük olsaydı, çökər, ulduzlar əmələ gətirər və gördüyümüz digər qalaktikalardan heç bir fərqi olmayan bir qalaktikaya çevrilərdi. Daha kiçik olsaydı, qaz dağıla və ionlaşa bilərdi və çox şey qalmazdı. Lakin o, hələ də “RELHIC” olaraq qala biləcəyi əlverişli bir yerdədir.

Hidrogen buludları astronomlar üçün yeni obyekt deyil, lakin bizim bildiyimiz məlum olan buludlar dağınıq və daha böyük sahəni əhatə edən strukturlardır. “Cloud-9” isə daha kiçik, daha kompakt və sferik quruluşa malikdir. Buluddakı hidrogen qazı Günəşin kütləsindən təxminən bir milyon dəfə çoxdur və qazın təzyiqi qaranlıq maddə tərəfindən yaradılan cazibə qüvvəsi vasitəsilə tarazlaşır. Hesablamalara əsasən strukturu stabil saxlaya biləcək qaranlıq maddənin kütləsi təxminən 5 milyard Günəş kütləsinə bərabər olmalıdır. Buludun diametri isə təxminən 4900 işıq ilidir.

Bu kəşf qalaktikaların əmələ gəlməsi, erkən Kainat və qaranlıq maddənin təbiətinin anlaşılmasını daha da dərinləşdirir. Bu obyektdə ulduzların olmaması qaranlıq maddə buludlarının daxili xüsusiyyətlərinə və qalaktikaların təkamülünün tədqiqində önəmli dönüş nöqtəsidir. “Cloud-9”un kəşfi gələcək tədqiqatlar üçün potensial "qalıqların" aşkarlanmasına və erkən Kainat və qaranlıq maddənin fizikası haqqında yeni mərhələyə  yol açacaqdır.

Qeyd edək ki, bu elmi tədqiqat işi İtaliyanın “Milano-Bicocca” Universiteti, Avropa Kosmik Agentliyinin “AURA/STScI” komandası, ABŞ-ın Baltimor şəhərindəki Kosmik Teleskop Elm İnstitutunun (STScI) əməkdaşları tərəfindən aparılıb. Tədqiqatın işinin nəticələri “The Astrophysical Journal Letters” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2026