Ekskursiyalar Saytın xəritəsi
AZEN
2026-cı il üçün meteor selləri təqvimi - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
2026-cı il üçün meteor selləri təqvimi
30.12.2025 15:12 / ASTRO TƏQVİMLƏR 2026-cı il üçün meteor selləri təqvimi

Beynəlxalq Astronomiya Birliyi (BAİ) tərəfindən bu günədək 900-dən çox meteor seli qeydə alınıb. Meteoridlər Yer atmosferini kəsib keçərək meteor sellərini yaradır. Hesab olunur ki, meteorlar parçalanmış kometlərin və ya asteroidlərin qalıqlarıdırlar, topa şəklində ana obyektin orbiti boyunca hərəkət edirlər. Onların səmada peyda olduğu nöqtəyə radiant deyilir və bəzi periodik meteor selləları həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılıb. 2026-cı il üçün meteor sellərinin müşahidəsi təqdim olunan ardıcıllıqla olacaq.

Kvadrantidlər (28 dekabr-12 yanvar) – Hesab olunur ki, kvadrantidlər 2003-cü ildə kəşf olunmuş 2003EH1 asteroidinin qalıqlarıdır, asteroid Günəşin ətrafında 5.5 ilə dolanır. Meteor selinin piki 3-4 yanvarda gözlənilir. Belə ki, 3 yanvarda meteor selinin radiantı yerli vaxtla 21:39-da doğacaq və bütün gecə üfüqdən yuxarıda olacaq. Lakin bədrlənmiş Ay müşahidələrə mane olacaq. Adətən saatda 80-120 meteor gözlənilsə də, Ayın işığına görə saatda 10-dək ən parlaq meteor görmək şansı var. 

Liridlər (14-30 aprel) – C/1861 G1 Thetçer kometi ilə assosiasiya olunur. Bu meteor selinin piki zamanı saatda 18-dək meteor görmək mümkündür. Əsasən şimal yarımkürəsindən yaxşı görünən meteor selinin piki 22-23 aprelə gözlənilir. Selin radiantı 20:18-dən etibarən üfüqdən yuxarıda olacaq və bütün gecə görünəcək. Cəmi 27% işıqlanan Ay isə gecəyarısından sonra batacaq və müşahidələrə mane olmayacaq. 

Eta Akvaridlər (19 aprel-28 may) – Orionidlər kimi Halley kometinin qalıqlarından formalaşıb. Bu meteor selinin piki zamanı maksimum saatda təxminən 50 meteor görmək mümkündür və . 2026-cı il üçün 7 mayda gözlənilir. Radiantı 7 may 02:03-də doğacaq meteor seli günəş batdıqda artıq üfüqdən xeyli qalxacaq, gecəyarısından sonra isə bədrlənmiş Ay radianta yaxın olduğu üçün müşahidələrə mane olacaq. Bu səbəbdən meteor selini izləmək üçün əlverişli vaxt intervalı 7 may 19:40-00:20 arasıdır.

Delta Akvaridlər (12 iyul-23 avqust) – 96P/Maçholz kometinin qalıqları olduğu hesab olunur. Bu meteor seli  Şimal yarımkürəsində müşahidə olunmur. Meteor selinin piki 30-31 iyula uyğun gəlir və bir saatda təxminən 25-dək meteor görmək mümkündür. Təəssüf ki, bədrlənmiş Ay müşahidələrə mane olacaq.

Perseidlər (17 iyul-24 avqust) – 109P/Svift–Tatl kometi olə assosiasiya olunur.  Bu meteor seli zamanı saatda 100-dək meteor görmək mümkündür və 12-13 avqusta təsadüf edəcək.  Aysız gecə olduğu üçün ideal müşahidə şəraiti olacaq.

Tauridlər (7 sentyabr-10 dekabr) – iki ayrı seldən ibarətdirlər.  Şimali Tauridlər 2004 TG10 asteroidinin, digəri isə 2P/Enke kometinin qalıqları hesab olunur. Bu meteor selləı zamanı saatda 5-10 meteor görmək mümkündür. Şimal yarımkürəsində meteor selinin piki 11-12 noyabra uyğun gəlir və Ayın diski 7% işıqlanmış olacaq. Cənub yarımkürəsində isə 4-5 noyabra düşür, Ayın diski  isə 18% işıqlanmış olacaq.

Drakonidlər (6-10 oktyabr) – 21/P Cakobini-Zinner kometi ilə assosiasiya olunur.  Bu meteor selləı zaman saatda təxminən 10 meteor görmək mümkündür. Meteor selləının piki 8-9 oktyabra uyğun gəlir və radiantı bütün gecəni üfüqdən yuxarıda olacaq. Aysız gecə olacağına baxmayaraq, fəsillə əlaqədar olaraq hava şəraitinin statistikası buludlu gecə proqnozlaşdırır.

Orionidlər (2 oktyabr-7 noyabr) – Orinoidlər də 1P/Halley kometi ilə assosiasiya olunur. Bu meteor selləı zamanı saatda təxminən bəzən 50-75 meteor görmək mümkündür və 2026-cı ildə 21-22 oktyabrda gözlənilir. Meteor selinin radiantı 22:02-də doğacaq və bütün gecə görünəcək. Ayın diski 80% işıqlandığına görə müşahidələrə mane olacaq. Bu səbəbdən meteor selini 02:35-də Ay batdıqdan sonra izləmək daha məqsədəuyğundur.

Leonidlər (6-30 noyabr) – 55P/Tempel-Tatl kometinin qalıqları hesab olunur. Adətən bu meteor selləı zamanı saatda təxminən 15 meteor görmək mümkündür. Leonidlər 33 illik tsiklə malikdir. Bu zaman saatda 100-dək meteor müşahidə olunur, növbəti belə sel 2031-ci ildə gözlənir. 2026-cı ildə meteor selinin piki 17-18 noyabrda gözlənilir. Meteor selinin radiantı 23:40-da doğacaq. Ayın diski 47% işıqlanmış olsa da, 39 dəqiqə sonra bataraq müşahidələrə mane olmayacaq.

Geminidlər (4-20 dekabr) –3200 Faeton asteroidi ilə assosiasiya olunur. Bu meteor seli zamanı saatda 150-dək meteor görmək mümkündür, piki 13-14 dekabrda gözlənilir. Meteor selinin radiantı 18:19-da doğacaq. Ayın diski isə 21% faiz işıqlanmış olsa da, 22:08-də bataraq müşahidələrə mane olmayacaq. 

Ursidlər (17-26 dekabr) –8P/Tatl kometi ilə assosiasiya olunur. Bu meteor seli zamanı saatda 10-dək meteor görmək mümkündür. Meteor seli şimal yarımkürəsindən görünür və piki 22-23 dekabra uyğun gəlir. Selin radiantı bütün gecəni üfüqdən yuxarıda olacaq. Ayın diski isə 45% işıqlanmasına baxmayaraq, 19:18-də batacaq və müşahidələr mane olmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025