Ekskursiyalar Saytın xəritəsi
AZEN
2026-cı ilin Günəş və Ay tutulmaları təqvimi - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
2026-cı ilin Günəş və Ay tutulmaları təqvimi
25.12.2025 10:12 / ASTRO TƏQVİMLƏR 2026-cı ilin Günəş və Ay tutulmaları təqvimi

Tutulmalar Günəşin qarşısına Yer və ya Ay keçərək, onun işığını kəsdiyi zaman baş verir. Yer orbitinin müstəvisi ilə Ayın orbitinin müstəvisi arasında cəmi  5°09′  fərq var. Ayın tam ay  və yeni ay fazası orbitin düyünlərinə uyğun gələrsə, o zaman tutulma baş verir.  Günəş tutulması üçün əlavə şərt isə Ay və Günəş disklərinin göydə görünən bucaq ölçülərinin demək olar ki, eyni olmasıdır.

Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız təzə Ay fazasında baş verir.

Ay tutulması zamanı isə Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması yalnız tam Ay fazasında baş verir.

Ay, Yer və Günəşin qarşılıqlı vəziyyətindən asılı olaraq tutulmalar müxtəlif tiplərdə müşahidə edilir. Günəş tutulmaları tam, halqalı, qismən və hibrid növlərə ayrılır. Ay tutulmaları isə tam, qismən və yarımkölgəli ola bilər.

Tam Ay tutulması təxminən 105 dəqiqəyə qədər davam edə bildiyi halda, Günəş tutulmasının tam fazasının maksimum müddəti cəmi təxminən 7 dəqiqədir. Bu fərq Ayın kölgəsinin Yerin kölgəsindən  kiçik olmasına bağlıdır.

2026-cı ildə iki Günəş və iki Ay tutulması müşahidə olunacaq. İlin ilk tutulması halqalı Günəş tutulması olacaq. Tutulma 17 fevral 13:56-da başlayıb, 18:27-də bitəcək. Maksimumum 16:12-yə uyğun gələn bu tutulma əsasən Antarktidadan görünəcək. tutulmanın növü həm də müşahidəçinin mövqeyindən asılı olduğundan, Argentinanın, Çili cənubu,  Afrikanın cənub hissəsində, Sakit, Atlantik və Hind okeanında müşahidə olunacaq.

12 avqustda baş verəcək tutulma tam Günəş tutulması olacaq. Tutulma 19:34-də başlayıb, 23:57-də bitəcək. Maksimumum 21:46-da olacaq. Tutulma Arktika, Sakit, Atlantik Okean, Kanada, ABŞ-ın şimal hissəsi, Avropa, Rusiya, Afrikanın şimal-qərbi hissəsində müşahidə olunacaq.

3 mart 12:44-də başlayacaq və 18:23-də bitəcək. Tam Ay tutulması olacaq. Bu tutulma Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Tam Ay tutulması zamanı Ayın rəngi qırmızı çalara boyanır, hansı ki, “qanlı Ay” kimi tanınır. Tutulma zamanı Yer atmosferindən keçən ancaq Günəş şüalarının ancaq uzundalğalı hissəsi Ayın səthinə çata bildiyi üçün və Ay qırmızı rəngə bürünür.

İlin son tutulması Ay tutulması olacaq və bu tutulma qismən Ay tutulmasıdır. Tutulma 28 avqust 05:23-də başlayacaq və 11:01-də bitəcək. Bu tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika, Sakit, Atlantik və Hind Okeanında müşahidə olunacaq.  Azərbaycan üçün 05:35-də artıq mülki alaqaranlıq vaxtıdır və Ay üfüqdən yuxarıda olsa da, tutulma başlayandan cəmi 12 dəqiqə sonra hava işıqlanmağa başlayacaq, bu müddət isə  yarımkölgəli tutulma fazasına düşəcək. Yarım kölgəli Ay tutulması isə adi gözlə çətin seçilir, sadəcə Ayın işığının cuzi azalması kimi hiss olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025