Ekskursiyalar Saytın xəritəsi
AZEN
2026-cı il üçün fəsillərin daxil olma vaxtı - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
2026-cı il üçün fəsillərin daxil olma vaxtı
24.12.2025 12:12 / ASTRO TƏQVİMLƏR 2026-cı il üçün fəsillərin daxil olma vaxtı

Günəşin göy sferindəki illik zahiri hərəkəti Yerin Günəş ətrafında dolanmasının nəticəsidir. Günəşin bu hərəkət zamanı cızdığı xəyali yol ekliptika adlanır. Ekliptika üzərində dörd əsas nöqtə seçilir: yaz və payız bərabərliyi, yay və qış günəşduruşu. Yer Günəş ətrafında hərəkət edərkən Günəşin bu nöqtələrdən keçdiyi an fəsillərin astronomik başlandığı vaxtı göstərir.

Yaz bərabərliyi günü Günəş şüaları ekvatora düz bucaq altında düşür və gecə-gündüz bütün enliklərdə təxminən 12 saat olur. Günəş göy ekvatorunu kəsərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir və Şimalda yaz, Cənubda isə payız fəsli başlayır. 2026-cı ildə yaz fəsli Azərbaycana 20 mart 18:46-da daxil olacaq.

Yay günəşduruşu zamanı Şimal yarımkürəsi Günəşə maksimum yönəlir. Qütblərə yaxınlaşdıqca gündüz-gecə fərqi artır: Şimal qütbündə 24 saat gündüz, Cənub qütbündə 24 saat gecə olur. Bizim enliklərdə gündüz 15s 03d 24san, gecə isə 08s 56d 36san davam edir. Bu andan etibarən Şimalda yay, Cənubda qış fəsli başlayır. 2026-cı ildə yay fəsli Azərbaycana 21 iyun 12:24-də daxil olacaq.

Payız bərabərliyi günü Günəş şüaları yenidən ekvatora düz bucaq altında düşür və gecə-gündüz yenə təxminən 12 saat olur. Günəş göy ekvatorunu kəsərək Şimaldan Cənuba keçir və Şimalda payız, Cənubda yaz fəsli başlayır. 2026-cı ildə payız fəsli Azərbaycana 23 sentyabr 04:05-də daxil olacaq.

Qış günəşduruşu zamanı Cənub yarımkürəsi Günəşə maksimum yönəlir və Cənub qütbündə 24 saat gündüz, Şimal qütbündə 24 saat gecə olur. Bizim  yerləşdiyimiz coğrafi enliklərdə gündüz 09s 17d 23san, gecə isə 14s 42d 37san davam edir. Bu andan etibarən Şimalda qış, Cənubda yay fəsli başlayır. 2026-cı ildə qış fəsli Azərbaycana 22 dekabr 00:50-də daxil olacaq.

Qeyd edək ki, Yerlə Günəş arasındakı orta məsafə 149 597 870 km-dir. Yer elliptik orbitlə hərəkət etdiyinə görə bu məsafə il ərzində dəyişir. Orbitin Günəşə ən yaxın nöqtəsi periheli, ən uzaq nöqtəsi isə afeli adlanır. Bu fərq nəticəsində Şimal yarımkürəsində fəsillərin gedişi müəyyən qədər yumşalır. 2026-cı ildə Yer perihelidən 3 yanvar 21:15-də (147 099 894 km), afelidən isə 6 iyul 21:30-da (152 087 774 km) keçəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025