Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
19.12.2025 15:12 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti astroseminarı keçirilib.

Tədbiri ŞAR GAMŞ-ın sədri Samirə Rəhimli giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın “Ulduz atmosferləri fizikası və maqnetizm“ şöbəsinin kiçik elmi işçisi Aytac İskəndərova "Rentgen astronomiyasının inkişafında kosmik rəsədxanaların rolu" mövzusunda məruzə ilə çıxış edib. 

Məruzəçi seminarda rentgen astronomiyasının zəruriliyini şərtləndirən amillərdən və keçdiyi inkişaf yolundan danışıb. Qeyd edib ki, ilk dəfə 1960-cı illərdə raketlər və balonlarla aparılan təcrübələr nəticəsində Günəşin və bəzi kosmik obyektlərin rentgen şüalanması qeydə alınmışdır. Bu ilkin mərhələdən sonra 1970-ci illərdə orbitə buraxılan Uhuru peyki rentgen astronomiyasında yeni dövrün əsasını qoymuş, yüzlərlə rentgen mənbəyinin kataloqunu tərtib etməklə qara dəliklər, neytron ulduzlar və qalaktik klasterlərdə yüksək temperaturlu plazmaların aşkar edilməsinə imkan yaratmışdır. Növbəti illərdə Eynşteyn rəsədxanası rentgen zonasında ilk yüksək dəqiqlikli təsvirlər təqdim edərək supernova qalıqları və qalaktikaların daxili strukturlarını daha dərindən öyrənməyə şərait yaratmışdır. 

1980-1990-cı illərdə fəaliyyət göstərən EXOSAT, ROSAT, ASCA və BeppoSAX kimi kosmik missiyalar isə sahənin inkişafında mühüm mərhələ olmuşdur. 1999-cu ildən etibarən isə NASA-nın Chandra X-ray Observatory və ESA-nın XMM-Newton peykləri rentgen astronomiyasında ən yüksək dəqiqlik və həssaslıqla yeni nailiyyətlər qazandırmışdır. Son illərdə fəaliyyət göstərən SRG/eROSITA missiyası bütün səmanın rentgen xəritəsini təqdim etmiş, qalaktik klasterlərin təkamülü və qaranlıq enerjinin öyrənilməsi üçün əsas məlumat bazası yaratmışdır. 

Sonda məruzəçi bildirib ki, kosmik rentgen rəsədxanaları yalnız kompakt obyektlərin – qara dəliklərin, neytron ulduzların və ağ cırtdanların tədqiqində deyil, həm də qalaktikaların və kosmik miqyaslı strukturların öyrənilməsində fundamental əhəmiyyət daşıyır. Bu rəsədxanalar vasitəsilə əldə olunan məlumatlar rentgen astronomiyasını müasir astrofizikanın aparıcı istiqamətlərindən birinə çevirmişdir.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin yekununda mövzu ətrafında geniş müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025