
2025-ci ildə Azərbaycanda astronomik qış 21 dekabr, saat 19:03-də başlayacaq. Qış günəşduruşu günü Yerin fırlanma oxu Günəş şüaları ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən minimum hündürlükdə (~26°) olur. Bu gün Şimal yarımkürəsində, həmçinin Azərbaycanda ilin ən qısa gündüzü və ən uzun gecəsi müşahidə olunur. Eyni zamanda, Cənub yarımkürəsində yay günəşduruşu günü baş verir və burada Günəş günorta vaxtı səmada illik ən yüksək mövqeyə qalxır, ilin ən uzun gündüzü və ən qısa gecəsi yaşanır.
Bu gün bizim yerləşdiyimiz coğrafi enlikdə gündüzün uzunluğu təxminən 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə təşkil edir.
Həmin gün Şimal qütbündə 24 saat gecə, Cənub qütbündə 24 saat gündüz olur, sonra isə 20 martadək Şimal yarımkürəsində günlərin uzunluğu tədricən artmağa, gecələr isə qısalmağa başlayır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.