Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
15.12.2025 10:12 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı əvvəlki tempdə davam etmişdir. Həftə ərzində əsasən M və C sinif alışmalar qeydə alınmışdır.  Maksimal sinifli alışma isə 4294 oblastındakı M4.4 sinifli alışma olmuşdur.  Alışmalar nəticəsində radio rabitədə R1-R2 səviyyəli fasilələr, II-IV tip radio emissiya və 10 sm dalğa uzunluğunda radioalışma və Yerə yönəlmiş komponentə malik Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 5 ləkə qrupunda 78 ləkə müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində 2183 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton  seli isə fon səviyyəsində qalmışdır.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 707 km/san–dək artmış və daimi normadan yüksək olmuşdur. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 21 nT, radial istiqamətdə isə -16 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 479 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.72 nT, radial istiqamətdə isə 0.75 nT təşkil edir.

Hesabat dövründə 08 dekabrda Günəşi tərk etmiş TKA-nın təsiri və Tac Dəliyinin geoeffektiv olması nəticəsində 11-13 dekabrda G1-G2 səviyyəli geomaqnit qasırğası baş vermişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (15-21 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.    

Günəş küləyi sürətinin Tac Dəliyi Axınlarının təsiri iləyenə də normadan yüksək səviyyədə olacağı gözlənilir. 

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15-30%, orta  geomaqnit enliklərdə isə 20-1%-dir.

Geomaqnit sahəsinin mənfi qütblü Tac dəliklərinin təsiri ilə sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025