Ekskursiyalar Saytın xəritəsi
AZEN
İlk dəfə olaraq bir ulduzun necə ölməsi qeydə alınıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
İlk dəfə olaraq bir ulduzun necə ölməsi qeydə alınıb
11.12.2025 13:12 / ASTRO XƏBƏRLƏR İlk dəfə olaraq bir ulduzun necə ölməsi qeydə alınıb

Avropa Cənub Rəsədxanasının (ESO) "Atacama Large Milllimetre/submillimetre Array" (ALMA) teleskopu Yerə təxminən 320 işıq ili uzaqlıqda yerləşən qırmızı nəhəng W Hidra ulduzunda eyni anda 57 müxtəlif molekulun spektral xəttini qeyd etməklə, 57 fərqli “üzünü” alıb və onun atmosferinin nə qədər mürəkkəb, dəyişkən olduğunu ortaya çıxarıb. Ulduzun atmosferində topalar, strukturlar, həm mərkəzə doğru, həm də xaricə axan maddə ilə zəngin dinamik bir sistemdir.

ALMA-nın çox yüksək ayırdetmə qabiliyyəti sayəsində alimlər W Hidranın səthini və ona yaxın qatları düyü dənəsini 10 km məsafədən çəkməyə bənzər dəqiqliklə “görə” biliblər. Silisium monoksid (SiO), su buxarı (H2O), alüminium oksid (AlO), titan oksid (TiO) kimi müxtəlif molekulların izləri ulduzun atmosferində qazın harada şok dalğaları, pulsasiyalar və konveksiya nəticəsində sıxlaşdığını və harada toz dənəciklərinə çevrildiyini göstərir. ALMA müşahidələri yalnız doqquz gün fərqlə alınmış ESO-nun VLT/SPHERE (Very Large Telescope / Spectro-Polarimetric High-contrast Exoplanet REsearch) optik görüntüləri ilə müqayisə edildikdə, molekulların məhz toz buludlarının görüldüyü sahələrdə cəmləşdiyi aşkar edilib və beləliklə, bu molekulların tozun birbaşa “xammalı” olduğu təsdiqlənib.

Tədqiqat göstərir ki, ulduz səthinə yaxın qazın bir hissəsi təxminən 10 km/s sürətlə xaricə istiqamətlənib, üst qatlarda isə maddə 13 km/s-ə qədər sürətlə yenidən ulduzun səthinə tökülür. Bu, AGB tipli ulduzlarda maddə itkisinin – ulduzun öz maddəsini kosmosa səpələməsinin – necə baş verdiyini anlamaq üçün açar mexanizmlərdən biridir. Müəlliflər vurğulayırlar ki, W Hidra bu prosesləri ən xırda detalları ilə öyrənmək üçün nadir laboratoriyadır və müasir 3D ulduz atmosferi modellərini birbaşa real müşahidələrlə yoxlamağa imkan verir.

Bu nəticələr, həm də Günəşin çox uzaq gələcəyinə bir baxış imkanı yaradır. W Hidra bir neçə milyard il sonra Günəşin keçəcəyi mərhələdədir. Bu mərhələdə ulduz şişir, xarici qatlarını kosmosa atır və həmin maddə sonradan yeni ulduzlar, planetlər, asteroidlər və nəticə etibarilə həyat üçün lazım olan kimyəvi elementlərin yaranmasına zəmin yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

 
Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025