Ekskursiyalar Saytın xəritəsi
AZEN
Qaranlıq maddənin mövcudluğuna dair sübut tapılıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Qaranlıq maddənin mövcudluğuna dair sübut tapılıb
02.12.2025 11:12 / ASTRO XƏBƏRLƏR Qaranlıq maddənin mövcudluğuna dair sübut tapılıb

Tokio Universitetinin Astronomiya Departamentindən Tomonori Totaninin rəhbərlik etdiyi araşdırma qrupu Fermi kosmik teleskopunu Süd Yolu qalaktikasında qaranlıq maddənin ən çox toplanmalı olduğu bölgələrə – qalaktikanın mərkəzinə yönəldərək, bu xüsusi qamma-şüa siqnalını axtarıb. Totaninin fikrincə, biz nəhayət qara maddənin varlığına aid sübutu tapmış ola bilərik.

Tədqiqatda “Fermi Large Area Telescope”un son 15 ildə topladığı məlumatlar istifadə olunub, GALPROP proqram paketi ilə modelləşdirmə aparılıb və Süd Yolu qalaktikasının |l| ≤ 60°, 10° ≤ |b| ≤ 60° sahəsi xəritələşdirilib. Süd Yolu qalaktikasının mərkəzinə doğru halo şəkilli quruluşda  annihilasiya edən hissəciklərin enerjisinin təxminən 0.5–0.8 TeV enerjiyə malik olması yayılması aşkar edilib. Qamma-şüalarının paylanması qaranlıq maddə halosu üçün nəzəri qurulmuş forma ilə inanılmaz dərəcədə uyğun gəlib.

Qaranlıq maddə nəzəriyyəsi ilk dəfə 1933-cü ildə astronom Fritz Svikki tərəfindən irəli sürülmüşdür. O, Koma topasındakı görünən qalaktikaların cazibəsinin həmin nəhəng qalaktika qrupunu bir yerdə saxlamaq üçün kifayət etmədiyini aşkar etmişdi. Daha sonra, 1970-ci illərdə astronom Vera Rubin və həmkarları spiral qalaktikaların xarici hissələrinin onların mərkəzləri ilə eyni sürətlə fırlandığını müşahidə etdilər. Bu isə yalnız o halda mümkün idi ki, qalaktikalarda kütlənin böyük qismi mərkəzdə deyil, daha geniş sahəyə yayılmış olsun. Bu nəticələr qaranlıq maddənin birbaşa müşahidəsi ilə deyil, onun cazibə qüvvəsinə təsirindən irəli gəlirdi. Bununla belə, sonrakı tədqiqatlar göstərdi ki, bütün böyük qalaktikalar görünən maddənin yayıldığı sərhədləri aşaraq çox uzaqlara qədər uzanan nəhəng qaranlıq maddə haloları ilə əhatə olunub.

Bu müəmmalı maddənin hissəciklərinin adi maddəni təşkil edən hissəcikləri təxminən beş dəfə üstələdiyi hesab olunur. Bu o deməkdir ki, ulduzlar, planetlər, peyklər, insan orqanizmi, canlılar və bitkilər, smartfonlarımızın  belə cəmi 15%-ni təşkil edir adi materiya təşkil edir, qalan 85% isə qaranlıq maddənin payına düşür. Qaranlıq maddə adi maddədən fərqli olaraq elektromaqnit şüalanması ilə çox zəif qarşılıqlı təsirə girir  və ya heç qarşılıqlı təsir göstərmir.  O nə işıq saçır, nə udur, nə də əks etdirir. Bu səbəbdən bütün dalğa uzunluqlarında görünməzdir — yaxud biz belə düşünürük, çünki onu birbaşa müşahidə edə və anlaya bilmirik.

Qaranlıq maddə yalnız o halda şüalanma yarada bilər ki, onun hissəcikləri bir-biri ilə qarşılaşaraq “məhv olsun”,  yəni annihilasiya etsin. Annihilasiya zamanı yüksək enerjili qamma-fotonlar da daxil olmaqla müxtəlif hissəciklər əmələ gələ və Bu qamma-şüaları gözlə görünməsə də, yüksək həssaslığa malik qamma-teleskoplar tərəfindən aşkar edilməsi mümkündür.  Qaranlıq maddəni təşkil etdiyi güman edilən hissəciklərin “öz-özünü annihilasiya edən”, zəif qarşılıqlı təsirə malik ağır hissəciklər —WIMP-lərin bir növü  olduğu düşünülür.

Tədqiqat işi  25 noyabrda “Cosmology and Astroparticle Physics” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025