
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq M və X sinif alışmalar qeydə alınmışdır. Hesabat dövrü ərzində ən güclü alışma 4299 oblastındakı X1.95sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R2-R3 səviyyəli fasilələr, II-IV tip radio emissiya qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 9 ləkə qrupunda 108 ləkə və Tac Dəliyi müşahidə olunur.
Hesabat dövrü ərzində Günəşin fəallığının artması nəticəsində enerjisi 2 MeV-dən çox olan elektron seli yüksələrək 230004 pfu-ya çatmışdır. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur. Günəş küləyinin maksimal sürəti 830 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 496 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.02 nT, radial istiqamətdə isə -2.57 nT təşkil edir.
Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi Tac Dəliyi Axınlarının gözlənilən təsiri ilə 26-28 noyabrda fasilələrlə G1 səviyyəsinə yüksəlmişdir. Yəni zəif geomaqnit qasırğası qeydə alınmışdır. Hal-hazırda Kp indeksinin göstəricisi 1-dir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (1-7 dekabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 70%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin və 10 MeV-dən çox enerji yüklü proton selinin də TKA-ın təsiri ilə yüksək səviyyələrdə olacağı gözlənilir.
Günəş küləyi sürəti Tac Dəliyi Axınlarının təsir ilə sürətinin yenə də normadan yüksək qalacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 20-25%, orta geomaqnit enliklərdə isə 20-1%-dir.
Geomaqnit sahəsi – Tac Dəliyi Axınlarının təsiri ilə sakit-aktiv səviyyələr arasında olacağı və 03-04 dekabrda G1 səviyyəsinədək yüksələ biləcəyi proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.