Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşları "7-ci Astronomiya Təhsili Vörkşop"unda iştirak edib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşları "7-ci Astronomiya Təhsili Vörkşop"unda iştirak edib
24.11.2025 09:11 / TƏDBİRLƏR Rəsədxana əməkdaşları "7-ci Astronomiya Təhsili Vörkşop"unda iştirak edib

18–21 noyabr 2025-ci il tarixlərində Beynəlxalq Astronomiya İttifaqının (IAU) Astronomiya Təhsili üzrə Ofisi tərəfindən “7th Shaw-IAU Workshop on Astronomy for Education” adlı beynəlxalq tədbir keçirilib. Dünyanın müxtəlif ölkələrindən elm adamlarının qatıldığı bu vörkşopda astronomiya təhsili, müasir yanaşmalar və qlobal əməkdaşlıq imkanları müzakirə olunub.

Vörkşopun “Education Focus Session: Teaching with Authentic Data (Part B)” sessiyasında N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işçisi Aynurə Həsənova “Exploring supergiant stars with students: Using real astronomical data in youth astronomy education” adlı məruzə ilə çıxış edib.

Məruzə zamanı qeyd olunub ki, Astronomiya gənclərin təbiət elmlərinə marağını artırmaq və elmi düşüncə qabiliyyətlərini inkişaf etdirmək üçün unikal imkanlar təqdim edir. Belə ki, ifratnəhəng ulduzların tədqiqi üçün açıq mənbəli verilənlər bazalarından istifadə edərək, şagirdlər real müşahidə məlumatları əsasında ulduzların fiziki parametrlərini müəyyən edir, qrafik və diaqramlar hazırlayır, həmçinin ulduzların təkamül mərhələlərini praktik olaraq izləyə bilirlər. Belə praktiki məşğələlər şagirdlərin analitik düşüncə, məlumatların işlənməsi və qrafik interpretasiya bacarıqlarını gücləndirir və gənclərin elmi tədqiqatlara marağını artırır. Təklif olunan metodologiya, mürəkkəb astronomik mövzuları gənclər üçün əlçatan və cəlbedici edir ki, bu da öz növbəsində onların gələcək tədqiqat fəaliyyətlərində iştirakına zəmin yaradır.

Vörkşop çərçivəsində 20 noyabr 2025-ci ildə ilk dəfə “Türk dilləri sessiyası” keçirilib. Sessiyanın məqsədi Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanda astronomiya təhsilinin mövcud vəziyyətini təqdim etmək, elmi terminologiyanın yerli dillərdə formalaşması zamanı meydana çıxan çətinlikləri müzakirə etmək və bu ölkələr arasında elmi əməkdaşlığı genişləndirmək olub.

Nəzərinizə çatdırırıq ki, “Türk dilləri sessiyası” məhz N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının təşkilatçılığı ilə baş tutub və sessiyaya moderatoruluğu tədbirin təşəbbüskarı, ŞAR-ın beynəlxalq əlaqələr üzrə mütəxəssisi Aynurə Həsənova edib. Sessiyada Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanda astronomiya təhsili, elmi terminologiyanın inkişafı və ortaq əməkdaşlıq perspektivləri müzakirə olunub. Sessiyanın açılışı N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov tərəfindən edilib. Namiq Cəlilov öz çıxışında türkdilli ölkələr arasında əməkdaşlığın astronomiyanın inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Natiq region ölkələri arasında təcrübə mübadiləsinin gələcək elmi layihələr və birgə proqramlar üçün geniş imkanlar yaratdığını qeyd edib.

Sonra sessiya məruzələrlə davam etdirilib və ilk olaraq Bakı Mühəndislik Universitetinin fizika və astronomiya müəllimi, astronomiya üzrə fəlsəfə doktoru Həzi Qasımov “Universitet səviyyəsində astronomiya tədrisi və tədqiqatları” adlı məruzə ilə çıxış edib. Məruzəçi ali təhsil müəssisələrində astronomiya fənninin tədrisi, kadr hazırlığı və tələbələrin elmi tədqiqatlara cəlb olunması modelləri haqqında məlumat verib. O, həmçinin Azərbaycanda astronomiya təhsilinin müasir tələblərə uyğun yenilənməsi və praktik tədris metodlarının tətbiqi ilə bağlı təkliflər irəli sürüb.

Daha sonra sessiya Qazaxıstanın Fesenkov Astrofizika İnstitutunun aparıcı elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Saule Shomshekova tərəfindən təqdim olunan “Qazaxıstanda astronomik tədqiqatlar” adlı məruzə ilə davam etdirilib. Çıxışda Qazaxıstanda astronomik müşahidə infrastrukturu, mövcud teleskoplar və əsas tədqiqat istiqamətləri haqqında geniş məlumat verilmişdir. Məruzəçi həmçinin gənc tədqiqatçıların layihələrdə iştirakı və beynəlxalq əməkdaşlığın ölkədə elmi nəticələrin artırılmasına verdiyi töhfəni vurğulayıb.

Sessiyanın növbəti çıxışını N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli təqdim edib. Məruzəçi “Azərbaycanda astronomiyanın gənclər arasında populyarlaşdırılması” mövzusunda geniş təqdimatla çıxış edib. Çıxışda uşaq və gənclər üçün keçirilən astronomiya düşərgələri, məktəb səviyyəsində təhsil təşəbbüsləri, astronomiya klubları, ictimai mühazirələr və müşahidə gecələrinin rolundan bəhs olunmub. Samirə Rəhimli həmçinin gənclərin elmə marağının artırılması məqsədilə sosial media platformalarının, yerli layihələrin və könüllü elmi maarifləndirici fəaliyyətlərin əhəmiyyətini vurğulayıb.

Məruzələrin sonunda iştirakçıların ünvanladığı maraqlı suallar məruzəçilər tərəfindən cavablandırılıb və sessiya panel müzakirəsi ilə davam etdirilib.

Çoxsaylı tanınmış astronom alimlərin iştirak etdiyi panel müzakirəsi çərçivəsində iştirakçılar astronomiya təhsili və tədqiqatlarının inkişafı, regional əməkdaşlıq imkanları, elmi təcrübə mübadiləsi və gənc tədqiqatçıların dəstəklənməsi kimi mövzuları ətraflı müzakirə edib, iştirakçıların sualları məruzəçilər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, “Türk dilləri sessiyası” həm təcrübə mübadiləsi, həm də gələcək elmi əməkdaşlıqlar üçün etibarlı platforma kimi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bildirilib ki, bu təşəbbüs türk dövlətləri arasında elmi əlaqələrin gücləndirilməsi, ortaq astronomiya tədrisi və terminoloji standartların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025