Ekskursiyalar Saytın xəritəsi
AZEN
3I/ATLAS Günəş sistemini tərk edir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
3I/ATLAS Günəş sistemini tərk edir
21.11.2025 09:11 / ASTRO XƏBƏRLƏR 3I/ATLAS Günəş sistemini tərk edir

1 iyulda ATLAS teleskoplar şəbəkəsi tərəfindən aşkarlanan 3I/ATLAS kometi 19 dekabrda  Yerdən 270 milyon km məsafədən keçəcək. Bu, kometin Yerlə maksinmum yaxınlaşması olacaq və bu məsafə yerətrafı obyektlər üçün müəyyən edilmiş 1.3 astronomik vahid limitindən də xeyli çoxdur. Buna görə də 3I/ATLAS Yer üçün heç bir təhlükə yaratmır. Aparılan müşahidələrə əsasən, 3I/ATLAS-ın nüvəsinin 1–5 km arasında olduğu təxmin edilir.

30 oktyabrda perihelidən - Günəşə ən yaxın mövqedən keçən komet, ondan 210 milyon km (1.4 a.v.) məsafədə idi. Təxminən 61000 m/s sürətlə hərəkət edən kometin sürəti Günəşə yaxınlaşdıqca 68000 m/s-ə qədər artsa da, o, Günəş sistemini yaxınlaşdığı sürətlə tərk edəcək. Müşahidələr kometin Oxatan bürcü istiqamətindən gəldiyini göstərir. Onun orbiti hiperbolikdir və o bir daha geri qayıtmayacaq. 3I/ATLAS ulduzlararası obyekt kimi təsnif edilir. Astronomların fikrincə, komet Günəş sistemindən daha yaşlıdır.

Komet “PUNCH, SOHO, STEREO, MRO, MAVEN, Lucy, James Webb və Hubble”” teleskopları tərəfindən müşahidə olunub və şəkilləri çəkilib. 30 oktyabrda periheli keçidindən sonra, 11 və 19 noyabrda italiyalı astronom Canluki Masi tərəfindən əldə edilən görüntülər kometin Günəşə məruz qaldıqdan sonra fraqmentasiyaya uğradığını göstərir. Kometin güclü Günəş plazması ilə toqquşacağı halda tam dağılıb-dağılmayacağı hələlik məlum deyil. Təcrübə göstərir ki, Günəş küləyinin təsirinə düşən kometlər bəzən quyruqlarını itirsələr də, daha sonra onları yenidən bərpa edə bilirlər. Bu hadisələr bəzi media orqanlarında kometin "sivilizasiyaya aid kosmik gəmi" olması ilə bağlı fərziyyələrin yenidən gündəmə gəlməsinə səbəb olub. Alimlər isə bu iddiaları tamamilə əsassız hesab edirlər. Belə ki, obyekt tipik komet xüsusiyyətlərinə malikdir.

Qeyd edək ki, 2025-ci ildə kəşf olunan ikinci komet  C/2025 R2 (SWAN) 11 sentyabrda SOHO kosmik aparatındakı SWAN aləti vasitəsilə Vladimir Bezugly tərəfindən aşkar edilib. Komet periheli zamanı Günəşə yaxın olduğundan, parlaq görünsə də, Günəşin parıltısı fonunda müşahidəsi çətin idi.  20 oktyabrda isə Yerə ən yaxın məsafədən keçən komet həm şimal, həm də cənub yarımkürəsindən görünür, lakin cənub yarımkürəsindən müşahidəsi daha əlverişlidir. TTT3 teleskopunda aparılan müşahidələr göstərib ki, kometin nüvəsi Günəşə yaxınlaşmadan sonra parçalanıb, lakin komet hələ də işıq saçmağa davam edir. Hal-hazırda parlaqlığı 8-ci ulduz ölçüsünə qədər zəiflədiyindən, onu 100 mm və daha böyük teleskoplarla müşahidə etmək mümkündür. İlk müşahidələrdə kometin ulduzlararası obyekt ola biləcəyi ehtimal edilsə də, sonrakı analiz onun Oort buluduna aid qeyri-periodik komet olduğunu təsdiqləyib. Onun təxmini orbital dövrü 20 000 il olaraq qiymətləndirilib.

2025-ci ilin ən parlaq kometi isə C/2025 A6 – Lemmon olub. Yanvarda kəşf edilən bu komet oktyabrın sonu – noyabrın əvvəlləri Yerdən daha yaxşı görünürdü. Belə ki, 21 oktyabrda Yerə maksimal yaxınlaşmada (0.6 a.v.) kometin parlaqlığı 4-cü ulduz ölçüsünə qədər artmışdı və onu adi gözlə belə görmək mümkün idi. Kometin Şimal yarımkürəsindən müşahidələr daha əlverişli idi. Hesablamalara görə, Lemmon kometi bir də təxminən 1154 ildən sonra geri dönəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025