
Azərbaycan Respublikası Elm və Təhsil Naziri cənab Emin Əmrullayev Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilova 70 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
Təbrik məktubinda bildirilir:
“Hörmətli Namiq müəllim,
Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, hörmət və ehtiramımı bildirir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Görkəmli alim və elm təşkilatçısı kimi Siz bütün həyatınızı elmin inkişafına sərf etmiş, elmin təbliği sahəsində müstəsna xidmətlər göstərmişsiniz və bu şərəfli missiyanı bu gün də uğurla davam etdirirsiniz.
Sizin rəhbərliyinizlə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ölkəmizdə elmin inkişafına, elmi-pedaqoji kadrların yetişməsinə töhfə verməkdədir.
Hörmətli Namiq müəllim, Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı arzu edirəm. Əminəm ki, bundan sonra da Azərbaycanda elmin inkişafına öz layiqli töhfənizi verəcəksiniz”.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.