Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
17.11.2025 11:11 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq M və X sinif alışmalar qeydə alınmışdır. Hesabat dövrü ərzində ən güclü alışma 4274 oblastındakı X4.05 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R2-R3 səviyyəli fasilələr, II-IV tip radio emissiya və Yerə yönəlmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 7 ləkə qrupunda 88 ləkə və kiçik ölçülü Tac Dəlikləri müşahidə olunur.

Hesabat dövrü ərzində Günəşin fəallığının artkləriası nəticəsində enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə S1-S3 səviyyəli proton qasırğasınadək yüksəlmişdir. Günəş küləyinin maksimal sürəti 969 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 61 nT, radial istiqamətdə isə -55 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 527 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.02 nT, radial istiqamətdə isə 3.95 nT təşkil edir.

Hesabat dövründə Günəşin fəallığının artması səbəbbi ilə ardıcıl gələn TKA-ın təsiri ilə 13-14 noyabrda da güclü geomaqnit qasırğası davam etmişdir. Hal-hazırda Kp indeksinin göstəricisi 3-dür və kosmik hava qeyri-sabitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (17-23 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron  selinin  və 10 MeV-dən çox enerji yüklü proton selinin də TKA-ın təsiri ilə yüksək səviyyələrdə olacağı gözlənilir.    

Günəş küləyi sürətinin 14 noyabrda baş vermiş X4.05 sinifli alışmaya bağlı TKA-nın təsiri ilə ~700 km/san-dək artmışdır. Sonrakı günlərdə isə mənfi qütblü Tac Dəliyi Axınlarının təsir ilə sürətinin yenə də normadan yüksək qalacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-65%, orta  geomaqnit enliklərdə isə 40-50%-dir.

Geomaqnit sahəsi – 14 noyabrda baş vermiş X4.05 sinifli alışmaya bağlı TKA-nın təsiri ilə bu gün zəif geomaqnit qasırğası (G1) ehtimalı var. Sonrakı günlərdə isə  mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə geomaqnit sahəsinin intensivliyinin aktiv və qeyri-sabit səviyyələrdə olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025