
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Şurasının növbəti iclası keçirilib. Cari ildə elmi və elmi-təşkilati fəaliyyətin yekunlarına dair hesabat çıxışlarının dinlənildiyi iclasda rəsədxananın elmi və köməkçi şöbələrinin müdirləri, o cümlədən elmi fəaliyyət planı üzrə mövzu və iş rəhbərləri iştirak edib.
İclası Elmi Şuranın sədri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
Sonra ŞAR-ın elmi şöbələrinin müdirləri, müvafiq elmi işlər üzrə mövzu və iş rəhbərlərin 2024-cü il ərzində apardıqları elmi-tədqiqat işləri, çap olunan elmi əsərlər, əldə edilmiş mühüm elmi nəticələr, şöbələrin kadr potensialı haqqında çıxışlar dinlənilib. Çıxışlar zamanı elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə bağlı fikirlər səsləndirilib.
Təqdim olunan hesabatlar ətrafında geniş müzakirələr aparılıb və müzakirələrin yekununda Elmi Şura üzvlərinin açıq səsverməsi ilə hesabatlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.