
“100 Saat Astronomiya” layihəsi çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumda ictimaiyyətə açıq tədbirlər keçirilib.
Tusi-Bohm Planetariumu, “EkoSfera” və Sileziya Planetariumunun birgə əməkdaşlığı ilə uşaqlar üçün nəzərdə tutulmuş “Kosmik Zoopark” adlı filmin təqdimatı keçirilib. Tədbir çərçivəsində uşaqlar üçün yaradıcı zonada “Mini Kosmosaqədərki Laboratoriya” və ya “Gənc Kosmos Reyncerləri” mövzusunda interaktiv oyunlar, heyvanların kosmik tədqiqatlarındakı roluna dair təqdimatlar və astronomiya üzrə qısa viktorinalar, “Planetariumların 100 ili” filminin təqdimatı baş tutub və həvəskar astronomların fotosərgisi təqdim olunub.
Şamaxı Astrofizika Rəsədxanasında isə “Açıq qapı Günləri” keçirilib. Ziyarətçilər muzeylə və kiçik teleskoplarla tanış olub, 2 metrlik teleskopun keçmiş idarəetmə pultunu yaxından görüblər. Muzeydə sərgilənən metal tərkibli Yardımlı meteoriti, döşəmədə əks olunmuş cəhətlər və rəsadxananın ərazisində qurulmuş Günəş saatı xüsusi maraq doğurub. Rəsədxananın əməkdaşları qonaqlara eksponatlar, astrofiziki tədqiqatlar necə aparılırması və teleskopların iş prinsipi barəsində məlumat veriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.