
Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin artmışdır. Həftə ərzində əsasən C sinifli alışmalar olub və maksimal sinifli alışma 4274 ləkə regionunda cəmi bir M1.62 sinifli alışma və bir neçə Tac Kütlə Atılması (TKA) baş vermişdir. Alışmalar nəticəsində radio siqnalların ötürülməsində R1-R1 səviyyəli fasilələr, II tip radio emissiya qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 3 ləkə qrupunda 43 ləkə və böyük Tac Dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində yenidən yüksəlmiş və 12611 pfu-ya çatmışdır. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmış, sadəcə kiçik həyəcanlanmalar baş vermişdir.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 750 km/san–dək artmışdır və daimi normadan yüksək olmuşdur. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 15 nT, radial istiqamətdə isə -14 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 459 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 8.62 nT, radial istiqamətdə isə -5.98 nT təşkil edir.
Hesabat dövründə əsasən Tac Dəliklərinin təsiri nəticəsində geomaqnit sahəsinin intensivliyi yüksələrək 29-31 oktyabr tarixlərində G1-G2 səviyyəli geomaqnit qasırğası qeydə alınmışdır. Hal-hazırda Kp indeksi 4-ə bərabərdir və geomaqnit sahəsi aktivdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (03 – 09 noyabr) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yenə də normadan yüksək olacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-50%, orta geomaqnit enliklərdə isə 35-1%-dir.
Geomaqnit sahəsi – müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yenə də əsasən G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.