Ekskursiyalar Saytın xəritəsi
AZEN
Yerin daha bir kvazi-peykinin olması təsdiq olunub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Yerin daha bir kvazi-peykinin olması təsdiq olunub
23.10.2025 11:10 / ASTRO XƏBƏRLƏR Yerin daha bir kvazi-peykinin olması təsdiq olunub

Havay Universiteti tərəfindən kəşf edilən 2025 PN7 “kvazi-ay” kimi təsdiqlənib. Yəni o, həqiqi peyk deyil, amma Günəş ətrafında Yerlə o qədər oxşar trayektoriya ilə dövrə vurur ki, sanki orbitimiz boyunca planetimizi kölgə kimi izləyir.

İlk dəfə 1991-ci ildə “Spacewatch” layihəsi tərəfindən kəşf olunan Yerətrafı asteroidlərin ulduzlarası kosmik zond olduğu düşünülmüşdü. İndi isə həmin obyektlər sadəcə Yerətrafı asteroidlər kimi təsnif olunur. İllər ərzində Yerətrafında kəşf olunan asteroidlərin sayı davamlı olaraq artır və onlar Arcuna adı altında 2-ci asteroid qurşağı kimi qəbul olunub. Vaxtaşırı bu asteroidlərdən bəziləri Yerin cazibəsinə düşərək onun kvazi-peykinə çevrilirlər. Kardeya, Kamoaleva, 277810, 2013 LX 28 , 2014 OL 339 , 2023 FW13-dən sonra 2025 PN7 də bu siyahıya qoşuldu.

Hesablamalara əsasən  2 avqustda Pan-STARRS 1 teleskopu vasitəsilə kəşf olunmuş asteroidin ölçüsü cəmi 18-36 metrdir. Aydan fərqli olaraq, Yerə cazibə ilə bağlanmayıb. Hazırkı orbit sabit qalsa, bu yeni “ay” təxminən 2083-cü ilədək bizimlə qalacaq, sonra isə açıq kosmosda uzaqlaşacaq. Asteroid orbitinin perihelisində Yerdən 4 milyon km (Ay məsafəsindən təxminən 10 dəfə uzaq), ən uzaqda isə 17 milyon km məsafədən keçir. Bu qədər fərq Günəşin və qonşu planetlərin cazibə təsirinin nəticəsidir.

Obyekti tapmaq asan olmayıb. Çox zəif olan asteroidi komanda ilin əvvəlində rutin müşahidə zamanı ulduz fonunda solğun bir nöqtə kimi görüb və həftələrlə izlədikdən sonra təsdiqləyib ki, Yer daha bir müvəqqəti “ay” qazanıb. İndiyədək cəmi 7 kvazi-ay məlumdur.  Bu cür obyektlər asteroidlərin hərəkətini, Yerin cazibəsinin ətraf məkanı necə formalaşdırdığını anlamağa kömək edir və gələcək missiyalar üçün əlçatan, nisbətən sabit “sınaq meydanı” ola bilər.

Qeyd edək ki, sözügedən elmi araşdırma “Research Notes of the AAS” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025