Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
22.10.2025 16:10 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Oktyabr ayının 22-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən ŞAR-ın baş direktoru, müxbir üzv Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın “Qalaktikalar və ulduzəmələgəlmə” şöbəsinin müdiri, f-r.ü.f.d., dosent Nazim Hüseynov “Seyfert qalaktikası NGC 7469-un spektral və fotometrik üsulla tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda bildirib ki, NGC 7469 qalaktikası, radiusu təxminən 500 parsek olan intensiv ulduzəmələgəlmə prosesi oblastına malikdir. Burada ulduz əmələgəlmə prosesinin sürətinin 20–50 M⊙ il−1 olduğu ehtimal edilir. Tədqiqat işində, 2020-2024-cü illərdə aparılmış spektral və fotometrik müşahidələrin nəticələri təqdim edilir. Müşahidələr Fesenkov adına Astrofizika İnstitutunda (Almatı, Qazaxıstan) və Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasıda (Şamaxı, Azərbaycan) aparılmışdır. Fotometrik müşahidələr B, V və Rc süzgəclərində, spektral müşahidələr isə λ 4000–7000 Å dalğa uzunluğunda aparılmışdır. Spektral müşahidələr IRAF, fotometrik müşahidələr isə MaxIm DL-dən proqram paketlərindən istifadə etməklə həyata keçirilmişdir. Parlaqlıq əyrisinin analizindən görünür ki, 2019-2020-ci illərdə baş verən alışmadan sonra NGC 7469-un parlaqlığı 2024-cü ilin axırına kimi nisbətən stabil qalıb. 2024-cü ilin noyabr-dekabr aylarında palaqlığın (∼0,3–0,5 ulduz ölçüsü) artması qeydə alınıb. Spektral müşahidələrin nəticələri də 2024-cü ilin axırında Ha xəttində şüalanma selinin güclənməsini göstərir. BPT diaqramında [OIII]/H β və [NII]/Hα emissiya xətlərində sellərin nisbətinin NGC 7469 qalaktikasında müxtəlif ionizasiya oblastlarının sərhəddində olduğunu göstərir: Fəal nüvəli qalaktikalar və ulduzəmələgəlmə oblastları. [SII] 6717, 6731 A xətlərinin intensivlikləri nisbətinə görə təyin edilən qazın elektron sıxlığı təxminən 900—1000 sm−3 tərtibindədir. 2024-cü ilin axırında qeydə alınmış parlaqlığın və emissiya xətlərində selin yüksəlmənin davam edib-etməməsini aparılan yeni müşahidələrin nəticələri göstərəcək.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025