Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
20.10.2025 12:10 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı artaraq əsasən M sinifli alışmalar baş vermişdir. Maksimal sinifli alışma isə 4246 oblastındakı M4.8 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq 10 sm diapazonda radioalışma, radio rabitədə R1 səviyyəli fasilələr, II tip radio emissiya  və bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 103 ləkə müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində normal və orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 946 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -12 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 588 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.3 nT, radial istiqamətdə isə 3.6 nT təşkil edir.

Hesabat dövründə 15 oktyabrda baş vermiş TKA-nın və Tac Dəliyi Axınlarının təsiri ilə 18 oktyabrda G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunub. Hal-hazırda Kp indeksinin göstəricisi 2.9-dur və geomaqnit sahəsi qeyri-stabil səviyyəyə yaxındır.

Kosmik hava proqnozu – Proqnoz günlərində (20-26 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 95%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin Tac Dəliyi Axınlarının təsiri ilə yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.    

Günəş küləyinə mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 10-50%, orta  geomaqnit enliklərdə isə 30-5%-dir.

Geomaqnit sahəsi – mənfi qütblü Tac Dəliyi Axınlarınının təsiri ilə bu gün və sabah  aktiv səviyyədə olacaq. Sonra isə sakit kosmik hava şəraiti gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025