Ekskursiyalar Saytın xəritəsi
AZEN
“Astronomiya Olimpiadaları: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
“Astronomiya Olimpiadaları: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib
15.10.2025 11:10 / TƏDBİRLƏR “Astronomiya Olimpiadaları: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçirilib

14 oktyabrda Tusi-Bohm Planetariumunda “Astronomiya Olimpiadaları: Məsələlər və onların həlləri” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib. Təqdimat zamanı kitabın məzmunu və məqsədi, eləcə də ölkəmizdə astronomiyanın təbliği sahəsində görülən işlər və gələcək planlar haqqında məlumat verilib.

Tədbiri giriş sözü ilə açan Tusi-Bohm Planetariumunun rəhbəri Famil Mustafa Azərbaycan dilində keyfiyyətli dərs vəsaitlərinə böyük ehtiyac olduğunu vurğulayıb. Bildirib ki, astronomiyanın tədrisində ana dilli materialların çatışmazlığı özünü aydın göstərir. Son illərdə müasir ədəbiyyatın tərcüməsinə ciddi ehtiyac yaranıb. Biz bu boşluğu doldurmağa və istifadə etdiyimiz qaynaqları doğma dilimizə çevirməyə çalışırıq. Kitab astronomiya fənnindən olimpiadalara hazırlaşan məktəblilər və universitet tələbələri üçün nəzərdə tutulub. Hər il Məktəblilərarası Astronomiya Olimpiadasında Azərbaycan da iştirak edir. Keçən il Hindistanda keçirilən olimpiadada komandamız bürünc medal qazanıb. Bu uğur  astronomların məktəblilərlə planlı və məqsədyönlü işinin bəhrəsidir.

Tədbirdə çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının “Qalaktikalar və ulduzəmələgəlmə prosesləri” şöbəsinin müdiri, f.r.f.d., dosent Nazim Hüseynov isə bildirib ki, ulduzlar, kainatın quruluşu, əsas astrofiziki proseslər barədə fundamental biliklərə yiyələnmək üçün tədris prosesində dərslik və vəsaitlərə müraciət zəruridir. Lakin onların yalnız xarici dildə olması həm tələbələr, həm də müəllimlər üçün əlavə çətinlik yaradır. Bu tərcümə də həmin problemi aradan qaldırmaq məqsədi daşıyır.

Vladimir G. Surdinin “Astronomiya Olimpiadaları: Məsələlər və onların həlləri” toplusu 2018–2021-ci illərdə rus dilində nəşr olunmuşdur və olimpiada tipli sual-cavabların ardıcıl məntiqini, həll metodlarını, həmçinin müəllim və şagirdlər üçün praktik tövsiyələri özündə cəmləyir. Kitabın Azərbaycan dilinə tərcümə və redaktə işləri Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları Nazim Hüseynov, Kamal Hüseynov və Famil Mustafa tərəfindən icra olunmuşdur.

Tədbirin sonunda qonaqlar “Kosmik Toqquşmalar” filmini izləyiblər, iştirakçılara kitab hədiyyə olunub və xatirə şəkli çəkilib. 

Qeyd edək ki, kitab Həvəskar Astronomlar Cəmiyyəti tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi çərçivəsində tərcümə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025